Digər
Ədaləti ziyarət etdik və çox şükür artıq yaxşılaşır
Qənirə Paşayeva yazır...
Ankarada xəstəxanada Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan və bir gözünü itirən qardaşımız Ədalət bəyi ilk dəfə Bakıda Hərbi qospitalda reanimasiya şöbəsində ziyarət edəndə çox ağır vəziyyətdə idi. Dövlətimizin və qardaş Türkiyənin rəsmilərinə təşəkkür edirik ki, ağır vəziyyətdə olan Ədalət qardaşımızın Ankarada müalicəsini davam etdirməsiüçün böyük dəstək göstərdilər.
Ədalət bəy çox şükr ki, ağır vəziyyətdən çıxıb və inşallah getdikcə daha da yaxşılaşacaq. Ədalət qardaşımızla geniş söhbət etdik və onun getdikcə daha da yaxşılaşan görməkdən çox sevindik. Sağ olsun həkimlər Ədalət qardaşımızın sağalması üçün əllərindən gələni edirlər. Əməliyyatı uğurlu keçib. Geniş söhbət etdik və Ədalət qardaşımızın tezliklə sağalıb evinə dönə bilməsi üçün əllərindən gələni etdiklərini dedilər və biz də hamımız adından təşəkkürümüzü bildirdik. Qorxmaz,cəsarətli və vətənpərvər bir qardaşımızı daha yaxından tanımaqdan çox məmun oldum. Xeyli söhbət etdik. Bütün ağrı və acılarına ramən üzündə yenidən təbəssüm görməkdən çox məmun idik. İnşallah onu narahat edən qızdırma problemi də tamamilə keçib gedər.
Dualarınızı Ədalət qardaşımız üçün əksik etməyin. İnanıram ki, inşallah bizə bu böyük ağrıları yaşadan Ermənistan layiq olduğu cəzanı mütləq alacaq. Görüşün sonunda musiqi albomlarımızı və kitablarımızı da imza ilə hədiyyə etməkdən biz də o da çox məmun olduq. Dəyərli dostlar Səidə xanım, Anar bəy də Ədalət qardaşımıza tezliklə sağalmasını dilədilər və ayrılanda Azərbaycan üçün yaman darıxıram, günləru sayıram dedi. İnşallah inanırıq ki, yaxın günlərdə dəyərli qardaşımız əzizlərinin və sevənlərinin yanına sağalaraq qayıdacaq. Allah hər zaman yardımçısı olsun!
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?



















.jpg)















