Digər
Rusiyalı milyarderlər kasıbladılar
“Forbes” dünya üzrə dollar milyarderlərinin siyahısını açıqlayıb. Bu dəfə siyahıya 1826 nəfərin adı düşüb. Onların ümumi sərvətinin həcmi 7,05 trilyon dollar təşkil edir. Ötənilki ümumi rəqəmdən 600 milyon dollar çox.
Publika.az xəbər verir ki, siyahıya 290 yeni biznesmenin adı daxil edilib. Onlardan 71 nəfəri Çindəndir. Siyahıdakı 46 nəfər iş adamının yaşı isə 40-dan aşağıdır. “Forbes-2015”-də orta sərvət 3,86 milyard dollar göstərilib. Bu da ötən ilkindən 60 milyon dollar az rəqəm deməkdir. Siyahıya yenə də Bill Qeyts rəhbərlik edir. İkinci yerdə Karlos Slim, üçüncü sırada Uorren Baffett gəlir. Amansio Orteqa bu dəfə 4-cü pilləyə düşüb. Rusiyadan siyahıya 88 binesmenin adı düşüb. Milyarderlərin siyahısında rusların sayı ötən ilkindən 33 nəfər az olub. Deyilənə görə, rus milyarderlər Ukrayna müharibəsi səbəbindən “kasıblayıblar”. Onların siyahıdakı sayı bu il nəinki Çinə, Amerikaya, hətta Almaniya, Hindistana da uduzur. Dünya reytinqində rus milyarderlərin siyahısına özbək əsilli Əlişir Usmanov deyil, Vladimir Potanin rəhbərlik edir. Onun adı 60-cı sırada göstərilib.
İqtisadiyyat şöbəsi
-
Hadisə16:13"Makedon" vəfat etdi
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
MDB13:45Zaxarova: "Kosmonavtlarımızın ABŞ-dan oğurladığı yeganə şey..."
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi































