Digər
Erməni deputatdan hədyan: "Türkiyəni..."
Qondarma erməni soyqırımının 100 illiyinə hazırlaşan Ermənistanda tarixi təhrif etmək siyasətinin iflasa uğradığını artıq başa düşürlər.
ANS PRESS-in məlumatına görə, Ermənistanın “İrs” partiyasının
parlament fraksiyasının başçısı Ruben Akopyan bu vəziyyətdən çıxmaq
üçün ağlasığmaz təklif irəli sürüb.
O, serblər, bolqarlar, yunanlar, həmçinin qeyri-xristian xalqları -
yezidilər və kürdləri Türkiyəyə qarşı birləşməyə çağırıb.
Ruben Akopyan martın 23-də parlamentdəki çıxışı zamanı "soyqırım"ı
inkar siyasətinə qarşı birləşə bilmədiklərini deyib: "Serbiyada
hətta iş o yerə çatıb ki, bu ölkənin parlamentinə Xocalı
hadisələrinin müzakirə edilməsi haqqında layihə təqdim olunacaq.
Hələ üstəlik bu hadisələr soyqırım adlandırılır".
Uydurma erməni soyqırımı iddiasından əl çəkməyən Ermənistan
parlamentinin deputatı tək çıxış yolunu Türkiyəni Haaqa məhkəməsinə
verməkdə görüb: "Biz Türkiyəyə qarşı birləşməli və ona öz
siyasətini yeritməyə imkan verməməliyik. Ondan sonra da Türkiyəyə
qarşı Haaqa məhkəməsinə müraciət etməliyik".
Görünür Ruben Akopyan sadaladıqları millətlərin də ermənilər kimi
boş xulyalarla yaşadıqlarına ümid edir...
-
MDB11:21Əsirin dəhşətli xatirələri: Gündə iki peçenye yeyirdik
-
ABŞ11:11Trampa nə olub? - Ləkələr siyasətçidən əl çəkmir
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO
-
İdman09:45Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
-
Dünya08:15Bu ölkənin qırıcıları Rumıniya səmasında
-
İnanc07:15Axund vaxtın niyə tez keçdiyini açıqladı: əyləncələr çoxaldığından... - Video
-
ABŞ03:19Trampın adı bu binadan silinəcək



















.jpg)









