1 gün sonra qasırğa olacaq, insanlar... - Azərbaycanlı alim AÇIQLADI
Bizi izləyin

Paranormal

1 gün sonra qasırğa olacaq, insanlar... - Azərbaycanlı alim AÇIQLADI

İyunun 2-də Yer kürəsində geomaqnit qasırğası olacaq.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Publika.az-a açıqlamasında bildirib ki, qasırğa G1 səviyyəsində olacaq.

Onun sözlərinə görə, proses gecə yarısında başlayacaq və səhərə qədər bitəcək.

“Qasırğanın gücü G1 səviyyəsindədir, Kp indeksi 5-dir. Bu da zəif hesab edilir. İnsanlar əsasən, qasırğanın gücü G4 səviyyəsində olanda bunun səhhətlərinə mənfi təsirini hiss edirlər. Hazırda Günəşin müxtəlif dalğa uzunluqlarından olan fotolarında sakit vəziyyət müşahidə edilir. Bir yerdə kiçik alışma var, lakin onun güclü qasırğaya səbəb olacağını düşünmürəm”.

N.Cəlilov hazırda Günəşin aktivliyinin minimum səviyyədə olduğunu deyib: “İyun ayında güclü qasırğa gözlənilmir. Mayın 31-dən iyunun 26-dək olan tarixdə Günəşdə yalnız iyunun biri ilə ikisi arasında qırmızı xətt qoyulub. Digər günlərdə aktivlik gözlənilmir. Günəşdə baş verən qasırğaların müxtəlif səbəbləri ola bilər. Onlardan biri də Günəşdə baş verən alışmalardır. Bu da Günəşin səthində çoxlu maqnit sahələri əmələ gələndə baş verir. Diferensial fırlanma nəticəsində maqnit qüvvə səthlərinin qısa qapanması baş verir və maqnit enerjisini kənara tullayır, partlayış olur. Hazırda Günəşdə ləkələr müşahidə edilmir. Proses əsasən 11 ildən bir təkrarlanır. Hazırda minimum səviyyəsində olduğumuzdan bu səbəblə bağlı maqnit qasırğaları da müşahidə edilmir. Qasırğanın digər səbəbi tac atılmalarıdır, bunlara qara dəlik deyilir ki, əsasən Günəş qütblərindən çıxır. Onun yerə gətirdiyi maqnit sahəsinin konfiqurasiyasından asılı olaraq Yerin maqnitosferinə təsir etməyə bilər. Bunun proqnozunu vermək isə çox çətindir. Bu səbəbdən Yerdə qasırğa baş verməsi üçün Günəşdən qopub gələn plazma ilə Yerin maqnit sahəsi birləşməlidir. 150 milyon kilometr məsafəni gələnə qədər plazma deformasiya olur. Onun Yerə təsirini dəqiq müəyyən etmək üçün Yerin ətrafında süni peyklər şəbəkəsi qurmalıyıq ki, o cür plazma kütlələri yerə yaxınlaşanda maqnit sahələrinə olan istiqaməti təyin edək. Böyük miqdarda maliyyə vəsaiti tələb etdiyindən bunu nəinki Azərbaycan, heç NASA da edə bilmir. Ona görə bu istiqamətdə proqnoz vermək çətindir. Plazma Günəşdən qopanda təqribi istiqamət bəlli olur, buna əsasən, təxmini proqnoz verilir”.

Direktorun sözlərinə görə, Günəşdə baş verən partlayışın Yerə təsiri sonuncu dəfə 2003-cü ildə hiss olunub.

“Günəşdə baş verən alışmaların müxtəlif sinifləri olur. X23 alışması 2003-cü ilə aktivliyin maksimum fazasında baş verib. Onun təsiri çox böyük olmuşdu. Partlayışlar əvvəl süni peyklərə təsir edirdi, indi onlar yaxşı qorunur. Bu cür güclü partlayışlar əsasən insanların səhhətinə təsir edir. Atmosferə daxil olan yüksək enerjili zərrəciklər təlatümlər əmələ gətirir, ionlaşma dərəcəsi və temperaturu dəyişdirir. Atmosfer təzyiqi və meteo şərtlər dəyişəndə insanlar bunu hiss edir. Bu da hər 11 ildən bir maksimum həddə çatanda baş verir. Hazırda sakit dövrdür və bir neçə il bu cür davam edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm