Layihələr
"Xəzər TV"də yeni layihə: "Hərəkətə keç" - FOTO
Xəzər TV-də yeni layihəyə start veriləcək. "Hərəkətə keç" layihəsi izləyicilərə Azərbaycanın adını daim ucaldan və idmanın inkişafı üçün əmək sərf edən qəhrəmanlarımızı tanımaq imkanı verəcək.
Publika.az xəbər verir ki, veriliş Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə hazırlanıb.
Layihənin rəhbəri Zəhra Quliyeva, aparıcısı Vusalə Tağıyeva, rejissoru Aslan Qarayev, prodüseri isə Leyla Mustafayevadır. Verilişin ilk bölümündə velosiped idmanının tanıtımı olacaq və layihənin hazırlanmasında Velosiped Federasiyası xüsusi dəstək göstərib.
Prodüser Leyla Mustafayeva bildirib ki, ilk verilişdə bu idmanla bağlı bütün maraqlı məqamlara toxunulub:
"Velosipedçilərimiz hətta məşq sirlərini də bizimlə bölüşdülər. İdmanın inkişaf tarixi ən xırda detallarına qədər layihənin ilk bölümündə öz əksini tapıb. Ümid edirik ki, izləyicilərimiz velosiped və digər idman növləri haqqında çəkəcəyimiz verilişləri maraqla izləyəcəklər".
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir











_(1).png)










.png)
















