Qarabağ
Şuşanın azad olunduğu xəbərini mənə ilk çatdıran şəxsə muştuluq verəcəm - İcra başçısı
“Bütün Şuşa əhalisinə bir müraciətim var: Bu vaxta qədər cənab Prezidentimizin arxasında bir yumruq kimi birləşmişik, əsl birlik vaxtı isə indidir. Allahın izni, Prezidentimizin qətiyyətli iradəsi, Azərbaycan Ordusunun şücaəti sayəsində biz Şuşamıza qayıdacağıq”.
Publika.az xəbər verir ki, bu sözləri Modern.az-a Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. O bildirib ki, Şuşa ilə bağlı xoş xəbəri gözləyənlər, öz torpaqlarına qayıtmaq istəyən bütün şuşalılar onunla əlaqə saxlayırlar: “Bütün şuşalılar qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Təki Ordumuz torpağımızı azad etsin, təki Prezidentimiz bütün xalqa şad xəbər çatdırsın. Cənab prezidentimizə canımız da qurbandı, malımız da, əmlakımız da - hamısı qurbandır. Hamı Şuşaya getmək istəyir. Planlarımız Şuşaya gedib işləmək, oranı yenidən möhtəşəm bir Azərbaycan şəhərinə çevirmək üçün zəhmətlə çalışmaqdır. Bütün şuşalılar bir nəfər kimi ayaqdadırlar. Nəinki, şuşalılar bütün azərbaycanlılarımızdan müraciət var ki, biz Şuşaya qayıtmaq istəyirik. Azərbaycanın hər yerindən bizə zəng, müraciət edirlər. Azərbaycanın yiyəsi var, Şuşanı erməni işğalından azad edən Ali Baş Komandanımızın rəhbərliyi altında bütün planlaşdırılan işləri icra edəcəyik. Cənab prezidentin düşünüb, gördüyü işlər hər halda bizim düşündüklərimizdən də əla olacaq”.
Bayram Səfərov ermənilərin Azərbaycan tarixinə aid abidələri dağıtması, qəbiristanlıqları viran qoymasına da toxunub. O qeyd edib ki, bu, ermənilərin köhnə xislətidir, yeni deyil: “İcra Hakimiyyəti qəbiristanlıqların bərpası üçün indidən addım ata bilməz. Hər bir adamın orada əzizləri dəfn olunub. Ermənilər qəbirlərin üstünü dağıdıblar. Amma şuşalılar əzizlərinin məzarının yerini bilirlər. Hər kəs atasının, anasının, qardaşının qəbrini ziyarət edəcək, nə lazım olsa, özləri bərpa edəcəklər. Əgər İcra Hakimiyyəti tərəfindən köməyə ehtiyac olarsa, təbii ki, yardım göstəriləcək.
Mən bilirəm ki, möhtərəm prezidentimiz Şuşanı o qədər gözəl abadlaşdıracaq ki, nəinki, Azərbaycan bütün dünya Şuşaya həsədlə baxacaq. Şuşanı görmək üçün hər kəs məqam axtaracaq”.
İcra başçısı son olaraq bildirib ki, Şuşanın azad olunduğu barədə Prezidentin müjdəsini, rəsmi xəbəri ona çatdıran şəxsə hədiyyəsi olacaq: “Rəsmi xəbəri mənə ilk çatdıran hər kim olsa, ona muştuluq verəcəm”.
-
Sosial12:483 uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
-
Yaxın Şərq11:24İran ABŞ-ın toyda tökdüyü qanı yerdə qoymayacaq: Görün haraları vuracaq
-
Rəsmi xronika11:15İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik etdi
-
Region09:54Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
-
İqtisadi gündəm09:48Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
-
Dünya08:12Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər
-
Hadisə06:16Qəbələdə döyülən “Çevik”in vəkilindən açıqlama
-
Dünya05:15Silah-sursat satın alınacaqdı, 70 milyon avro yoxa çıxdı - Nazir istefa verdi













.jpg)
























.jpg)