Qarabağ
Bayraq bizim üçün çox müqəddəsdir - Naqif Həmzəyev
“Bayraq namusdur, qeyrətdir, müstəqillik simvoludur. Bayraq olmasa, dövlət də yoxdur. Bayraq dövlətin var olmasının əsas rəmzlərindən biridir”.
Publika.az xəbər verir ki, bunu Dövlət Bayrağı Günü ilə bağlı fikirlərini bölüşən deputat Naqif Həmzəyev qeyd edib.

Deputat deyib ki, bizim bayraq təsadüfən seçilməyib: “Bayraqdakı rənglərin, ulduzun, ayın xüsusi mənası var. Şükürlər osun ki, bugünlər Ali Baş Komandanımızın rəbhərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğal altından azad edir və hər rayonda, şəhərdə, qəsəbədə, kənddə bayrağımız dalğalanır. Bugünlərdə şəhidlərimizin cənazələri üzərinə də bayrağımız bükülür və hər bir şəhid atasına o bayraq hədiyyə edilir. Yəni, bayraq bizim üçün çox müqəddəsdir. O bayrağı ucaltmağı Ali Baş Komandanımız, ordumuz bacarır”.
N.Həmzəyev Şuşanın işğaldan azad olunması münasibəti ilə hamını təbrik edib:“İnşallah, necə ki, dünən Şuşada bayrağımız dalğalandı, bütün işğal altında olan torpaqlarımızda da o dalğalanacaq və biz də bayrağımızı fəxrlə dalğalandıracağıq, göylərə ucaldacağıq”.
Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da keçirilən iclasında dövlət bayrağını qəbul etməsi nəzərə alınaraq, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
Şamo Emin
-
Sağlamlıq11:57Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Avropa11:04ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
























.jpg)











