Qarabağ
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müstəqil tribunal yaratmaq... - Professor
Müharibələrdən sonra Beynəlxalq Ədalət Məhkəməsində hesablama metodları həyata keçirilir. Ermənistanın vurduğu maddi və mənəvi ziyana görə Azərbaycanın düşməni beynəlxalq məhkəmələrə vermək və təzminat ödənilməsini tələb etmək hüququ var. Bu, birmənalıdır.
Bu sözləri Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib.
Professor qeyd edib ki, Ermənistan həm vətəndaşlara, həm sosial obyektlərə, həm də dövlət qurumlarına və ümumilikdə infrastruktura külli miqdarda maddi-mənəvi ziyan vurub:
“Vurulan zərərlərin hesablanması ilə bağlı dünya praktikasında 90-cı illərdə İraq-Küveyt müharibəsini göstərmək olar. Müharibə başa çatdıqdan sonra İraqa qarşı təzminat irəli sürülmüşdü. Beynəlxalq Ədalət Məhkəməsində hesablama metodları var. Azərbaycan öz tərəfindən dövlət strukturuna və mülki əhaliyə vurulan bütün maddi zərərlərin hamısını qeyd etməli və sistemləşdirməlidir. Burada iki məqamı nəzərə almalıyıq: Birincisi, işğal edilən vaxt birbaşa vurulmuş zərərlərdir. İkincisi, sonrakı müddətdə torpaqlar işğal altında olduğu üçün Azərbaycan gözlənilən gəlirləri ala bilməyib. Eyni zamanda, adambaşına düşən ümumi daxili məhsul olmalı idi, amma olmayıb. Bunların hesablanmasında bütün nazirliklər üçün görülməli işlər var. Bu istiqamətdə xeyli işlər aparılmalıdır”.
Ekspert bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müstəqil tribunal yaranması məsələsini qaldıra bilər:
“Burada həm törədilmiş cinayətlərə qiymət verilir, cinayətkar cəzalandırılır, həm də dəymiş təzminatın ödənilməsi məsələsinə baxılır. BMT-nin Ədalət Məhkəməsi yolu və ya başqa variantlarla da ola bilər. Ermənistan ədalətli şəkildə cəzalandırılmalıdır. Ortaya qoyulan faktlar bunu istəməyə icazə verir. Digər tərəfdən, biz onun beynəlxalq səviyyədə cəzalandırılmasını tələb ediriksə, unutmaq olmaz ki, cəzalandıran tərəf beynəlxalq səviyyədə fəaliyyət göstərən tərəfdir. Burada obyektiv, subyektiv geosiyasi amillər də rol oynaya bilər. Odur ki, Ermənistanın layiqli şəkildə cəzalandırılması qeyri-müəyyəndir. Hər halda istənilən formada cəzalandırılmanın olması müsbət hal olacaq”.
Aytən Məftun
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…



































.jpg)
.jpg)

