Qarabağ
Paşinyandan başqa heç kim bilmirmiş - Mnatsakanyanın...
Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın da baş nazir Nikol Paşinyanın kapitulyasiya bəyanatını imzalayacağından xəbəri yox imiş.
Publika.az xəbər verir ki, bu barədə "Qraparak" erməni nəşri bildirir.
Qəzet bu günlərdə bir çox məmurun “yer altına” girdiyinə, amma ən qəribəsi xarici işlər nazirinin susqunluğuna diqqət çəkib. Bildirilib ki, bu məğlubiyyət təkcə ordunun yox, həm də diplomatiyanındır.
“Bizə bir gün əvvəl Xarici İşlər Nazirliyinin rəhbərliyinin toplandığı və Nikol Paşinyanın belə bir mətni imzalayacağından xəbərsiz olduğunu söylədilər. Oradakılar bu sözlərdən son dərəcə qəzəbləndilər, nazirə inanmadılar və üzünə ağır ittihamlar etdilər. Nazir müavinlərindən biri bu teatra şahid olmaq istəmədiyini bildirərək iclası yarımçıq tərk etdi. Xarici İşlər Nazirliyinin illərdir bu və ya digər dərəcədə danışıqlar prosesinə qatılan işçilərinin əksəriyyəti hadisəni bağışlanmaz hesab edir və Zoqrab Mnatsakanyanın da istefa etməli olduğunu düşünür”, - qəzet yazıb.
Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan 10 noyabrdakı açıqlamasında bəyanat haqqında mediadan xəbər tutduğunu, bunun onun üçün sürpriz olduğunu bildirmişdi.
Zümrüd
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ

































