Qarabağ
Professor: "Türkiyənin Azərbaycanın yanında olmasını Fransa həzm edə bilmədi"
"Həmsədr ölkə kimi Fransa Azərbaycana qarşı həmişə birbaşa düşmənçilik mövqeyindən çıxış edib. Fransanın Minsk Qrupundan çıxarılmasına ehtiyac qalmayıb. Çünki ATƏT-in Minsk Qrupu artıq yoxdur, müharibə başlanandan öz fəaliyyətsizliyi nəticəsində təbii yolla yoxa çıxıb".
Bu sözləri Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib.
Professor bildirib ki, müharibə başlayanda Minsk Qrupunun fəaliyyəti həmsədr ölkələr tərəfindən reanimasiya edilmək istənilsə də, alınmayıb:
“Şuşanın işğaldan azad olunmasından dərhal sonra bu qrupun həmsədr ölkələrindən biri olan Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında bəyanat imzalandı. Bu bəyanatı vasitəçi kimi Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının prezidenti qalib, Ermənistanın baş naziri isə məğlub tərəf kimi imzaladı. Odur ki, heç bir MİSNK qrupundan söhbət gedə bilməz. Həmsədrlər 27 il ərzində işğala məruz qalan tərəflə işğalçı ölkə arasında heç bir fərq qoymadı. Bunun da labüd nəticəsi kimi Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının, Avropa parlamentinin və digər beynəlxalq qurumların qərarlarını yerinə yetirməyə başladı və yerinə yetirdi. Bu qərarlarda Azərbaycan ərazilərinin işğalı ehtiva olunmuşdu və işğalçıdan işğal etdiyi əraziləri dərhal tərk etmək tələb olunurdu. Buna baxmayaraq, həmsədr ölkələr biganəlik nümayiş etdirir və Ermənistanla Azərbaycana bərabər münasibət göstərirdilər”.
R.Sevdimaliyev qeyd edib ki, 27 sentyabrdan sonra dərhal Emmanuel Makron çıxış edərək birmənalı şəkildə Ermənistanı dəstəklədi:
“Bununla da Fransa beynəlxalq hüquqa zidd olaraq vasitəçilik missiyasının müddəalarını pozmuş oldu. İşğalçı dövləti dəstəkləməklə beynəlxalq hüququn əsas prinsiplərinə hörmətsizlik və etimadsızlıq nümayiş etdirdi. Fransanın xarici işlər nazirinin 9 noyabr tarixində İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistanı dəstəkləməsi ilə bağlı müraciətlər yayması və NATO-ya müraciət edərək bu bəyanatı tanımaması üçün cəhdlər göstərməsi əslində Parisin Azərbaycana qarşı birbaşa və açıq-aşkar düşmən mövqedən çıxış etdiyini göstərir. Fransa özü dövlət kimi beynəlxalq hüququn subyektidir. Biz Fransanın hansısa mövqeyi haqqında danışa bilərik. Hər hansı bir şəhərin meriyasının heç bir hüquqi qüvvəsi olmayan bəyanatı heç bir rol oynamır. Qoy onlar gecə-gündüz 15 dəfə belə bəyanatlar qəbul etsinlər. Kimdi onu tanıyan?"
"Fransa meriyasında mütəmadi olaraq seçkiləri keçirilir. Seçicilərin bir qismi siyasi qruplara və siyasi proseslərə təsiri olan imkanlı ermənilərdir. Paris meriyası onların xoşuna gəlmək üçün belə bir sənəd qəbul etmək istəyir, qoy etsinlər. Onun nə siyasi, nə hüquqi, nə də beynəlxalq əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq mənəvi cəhətdən yenə ermənilərin başını aldatmaq, onların başının altına yastıq qoymaq və Azəraycana qarşı düşmənçiliyini bir daha nümayiş etdirməkdən başqa bir şey deyil. Bunun da kökündə Fransanın Türkiyəyə ənənəvi düşmənçilik mövqeyi dayanır. Fransa həzm edə bilmədi ki, bu prosesdə Türkiyə Cumhuriyyəti Azərbaycanın yanında oldu və birmənalı şəkildə beynəlxalq hüququ dəstəklədi. Türkiyənin güclənməsini, Avropaya təsirini və beynəlxalq aləmdə söz sahiblərindən biri olmasını Fransa boğazından ötürə bilmir. Buna görə də, Fransa anti-Azərbaycan düşmən mövqeyindən çıxış etməyə davam edir”, - deyə elmlər doktoru əlavə edib.
Aytən Məftun
-
MDB09:12
Rusiya paytaxtı vurdu: qurbanlar var
-
Magazin108:12
Xalq artistinin cavanlıq sirri
-
Səhiyyə08:00
Xərçənglə bağlı DƏHŞƏTLİ FAKTLAR
-
Gözəllik07:47
Qırışlara qarşı 8 əsas məhsul - Dəri gəncliyinin SİRRİ AÇILDI
-
Sosial07:17
Bu gün qar yağacaq - PROQNOZ
-
Magazin204:44
Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi - FOTO/VİDEO
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO