Qarabağ
Nə qədər gec deyil Fransa mövqeyində korrektə etməlidir - Politoloq
Millət vəkili, siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu noyabrın 25-dəFransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumu tanıması ilə bağlı qətnaməni müzakirəyə çıxarılaasına münasibət bildirib.
Publika.az-a açıqlama verən millət vəkili qeyd edib ki, Fransanın davranışlarına qiymət verərkən hər şeydən əvvəl onun ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olduğuna istinad etmək lazımdır:
“ATƏT-in Minsk qrupunnun həmsədr ölkələri münaqişənin tənzimlənməsi istiqamətində vasitəçilik missiyasını birbaşa həyata keçirir. Vasitəçiliyin qarşısında qoyulan birinci şərt onun neytral olması ilə bağlıdır. Vasitəçi heç bir halda münaqişə subyektlərindən birinin tərəfini saxlaya bilməz. Təbii ki, bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq vasitəçilik missiyası ilə daban-dabana ziddir. İllərdir məhz bu cür qeyri-obyektiv mövqe sərgilədiyi üçün münaqişənin bu günə qədər həlli istiqamətində addıa atılmamışdı. Azərbaycan Ordusunun tarixi zəfəri ədaləti bərpa etdi, torpaqlarımızın işğaldan azad olunmasına nail oldu, ərazi bütövlüyümüzü təmin etdi”.

Politoloq qeyd edib ki, Fransa və Azərbaycan arasında hər zaman konstruktiv münasibət və əməkdaşlıqlar olub:
“Azərbaycan tərəfi Fransa ilə münasibətlərin inkişaf etdirilməsində həmişə təşəbbüskar çıxışlar edib, bu istiqamətdə fəallıq nümayiş etdirib. Hesab edirəm ki, bu cür addımlar həm də iki dövlət arasında münasibətlərin bu günə kimi olan xarakteri ilə ziddiyyət təşkil edir. Təbii ki, Fransanın ədalətsiz mövqe sərgiləməsi, işğalçı Ermənistanın simasında separatizmi dəstəkləməsi Azərbaycanla münasibətləri üçün yaxşı heç nə vəd etmir.
Bildiyimiz kimi, Avropada separatizm meyllərinin baş qaldııması üçün kifayət qədər əsas mövcuddur. Ərazilərin qeyri-qanuni dəyişdirilməsi istəkləri həmişə mövcud olub. Məsələn, Avropa ölkələrinin böyük əksəriyyətinin ərazisində müxtəlif xalqların nümayəndələri yaşayır, onlar da öz statuslarını hər hansı formada müəyyən etməyə qalxa bilərlər. Fransanın davranışları bütövlükdə Avropanın priorotetləri ilə ziddiyyət təşkil edir. Fransanın separatizmi dəstəkləməsi Avropa üçün olduqca təhlükəli bir vəziyyət yarada bilər, müxtəlif ölkələrdə separatizm baş qaldıra bilər. Bu zəmində Avropa ölkələrində münaqişələr baş verib, bu münaqişənin əlamətləri bu gün də qalmaqda davam edir. Nə qədər ki, gec deyil Fransa mövqeyində korrektə etməlidir, ədalətin yanında durmalıdır, dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləməlidir. Bu, birinci növbədə Azərbaycanla münasibətlərini qorumaq, ikincisi, beynəlxalq təhlükəsizliyin və sülhün təmin olunması, üçüncüsü isə Fransanın öz nüfuzunun korlanmasının qarşısının alınması istiqamətində olduqca mühümdür”.
Aytən Məftun
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)















.jpg)



.jpg)

