Qarabağ
Ermənilərin mənəvi aləmləri qurduqları dövlət kimi saxtadır - RƏY
“Bu, çox geniş mövzudur. Bunun üçün gərək bölgə insanı olaraq azərbaycanlıların, türkün tarixinə baxaq. Biz daima insanın, insanlığın yanında olmuş, bəşəriyyətə incilər bəxş etmiş bir xalqıq. Dünya mədəniyyətinə Nizami Gəncəvi, Füzuli, Əcəmi kimi dühalar bəxş etmiş xalqıq. Dar gündə nəinki insana, tanrının bütün yaratdıqlarına əl tutmuş, onun yardımına gəlmiş xalqıq. Bizim xislətimizdə, dünyagörüşümüzdə, mənəvi aləmimizdə insanlıq amili çox yüksək zirvədə tutulur. Çox təəssüflər olsun ki, bunu qonşularımız haqqında demək olmaz”.
Publika.az xəbər verir ki, bunu Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilərə əşyalarını çıxarmaqda hərbçilərimizin yardım etməsi ilə bağlı fikirlərini bölüşən deputat Sadiq Qurbanov deyib.
Ermənilərin 90-cı illərdə, xüsusən Xocalı soyqırımı zamanı xalqımıza qarşı vəhşiliklər etdiyini xatırladan deputat diqqətə çatdırıb ki, insanlarımız son 30 ildə belə bir söz deyirlər, “bizim bəxtimiz gətirməyib ki, ermənilərlə qonşuyuq”: “Ermənilərin mənəvi aləmləri də qurduqları dövlət kimi saxtadır. Uydurma dövlətlərinə sitayiş etmək baxımından bunlar üçün bütün insanlıq ondan aşağıda durur.
Əsgərlərimiz Ağdamdan köçən ermənilərə kömək ediblər. Amma həmin ermənilər Kəlbəcərdən əhalinin çıxmasına 10 saat vaxt verdiklərini desələr də, bu müddətin başa çatmasını gözləmədən hücuma keçərək bizim insanları öldürdülər, vəhşiliklər törətdilər. Onların akademiki belə, 13 yaşlı qız uşağının qarnını kəsməklə, dərisini soymaqla öldüyünü müşahidə etməkdən zövq aldığını yazır. Onları anaları bu ruhda böyüdüb, amma bizim anamız lay-lay deyərək həm təbiətə, həm də insanlara sevgi ilə böyüdüb. Bu, onun nəticəsidir”.
Ermənilərin yeni dövrün çağırışlarına adekvat cavab verməli olduğunu vurğulayan S.Qurbanov hesab edir ki, inkişafın, qonşuluqda yaşamağın başqa yolu yoxdur: “Əgər bu “adət-ənənələrdən”, köhnəlikdən əl çəkib, yeni dünyanın prinsiplərini qəbul etsələr, Azərbaycanla da qonşu kimi yaşaya biləcəklər. Əks halda bu proses uzun müddət davam edəcək”.
Şamo Emin
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var








.jpg)

.png)

.png)
















.jpg)
.jpg)





