Qarabağ
Matviyenkodan QARABAĞ AÇIQLAMASI: "Son dərəcə həssas məsələdir..."
"MDB Parlametlərarası Assambleyası bütün MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistan deputatlarının səmərəli fəaliyyəti üçün son dərəcə əlverişli formatdır".
Publika.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
O, Azərbaycanla Ermənistan deputatları arasında ünsiyyət faktının mövcudluğunu çox mühüm hadisə kimi dəyərləndirib.
V.Matviyenko həmçinin Qarabağ probleminin MDB-nin səlahiyyətinə aid olmadığını da diqqətə çatdırıb:
“Bu, son dərəcə həssas məsələdir. Azərbaycan, Ermənistan, Rusiya liderləri arasında əldə olunmuş razılaşmanı misilsiz hesab edirəm. Bu məsələdə başlıca rol bizim Prezidentə aiddir. Münaqişə bölgəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair təcili verilən qərar döyüş əməliyyatlarını, qan tökülməsini dayandırdı, bu da əsas vəzifədir. Məncə, indi hər bir ehtiyatsız deyilən kəlmə gərginliyi yenidən artıra bilər. Odur ki, hissləri cilovlayıb bu atəşkəsi qorumaq üçün nə lazımdırsa, edilməlidir”.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
















.jpg)


















.jpg)
.jpg)

