Qarabağ
Düşmənə qan uddurmuş şəhid mayor: Son və şərəfli döyüş - - VİDEO
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Səyavuş Kəlbalıyevdir.
Publika.az report-a istinadən xəbər verir ki, Səyavuş Kəlbalıyev 16 oktyabr 1987-ci ildə Cabrayıl rayonunun Horovlu kəndində anadan olub.
1993-cü il 23 avqustunda Cəbrayıldan məcburi köçkün düşən Səyavuş ailəsi ilə birlikdə Bakı şəhərinin Pirşağı qəsəbəsində məskunlaşıb. Ata, ana, 2 bacı va 2 qardaş - 6 nəfərdən ibarət ailə 16 il qatar vaqonunda yaşayaraq böyük çətinliklərlə üzləşiblər. Buna baxmayaraq 1994-cü ildə Pirşağı qəsəbəsi Şuşa rayon 6 saylı orta məktəbə gedən Səyavuş 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə (AAHM) daxil olub.
Hələ orta məktəb illərində hərbçi olmağı qarşısına məqsəd qoyan Səyavuşu məktəb kollektivi "Çavuş" deyə çagırırmış. Səyavuş 2009-cu ildə AAHM-i müvəffəqiyyətlə bitirərək leytenant hərbi rütbəsi alıb. 2009-2010-cu illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ixtisasartırma kursunu bitirərək, N saylı hərbi hissədə xidmətə başlayıb. 2012-ci ildə kəşfiyyat ixtisası üzrə kurs keçib, xidmətini xüsusi hərbi hissədə davam etdirib. Bu dövrdə qüsursuz xidmətinə görə müxtəlif fəxri fərmanlar, orden və medallarla təltif edilib.
27 sentyabrda Cəbrayıl istiqamətində döyüş tapşırığını Səyavuş Kəlbalıyevin müavini yerinə yetirməli idi. Lakin Səyavuş doğulduğu Cəbrayıl rayonunun işğaldan azad edilməsi arzusu ilə müavininin adını siyahıdan çıxartdıraraq öz adını yazdırıb və əməliyyatlara özü rəhbərlik edib.
Beləcə, Vətən müharibəsində N saylı hərbi hissənin kəşfiyyat bölmə rəisi vəzifəsində, rəhbərlik etdiyi qrupu ilə döyüşüb və düşmənə ağır zərbələr endirib. Səyavuş Kəlbalıyev sentyabrın 30-da gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəlidir, 2 övladı var.
Səyavuş Kəlbalıyevin qısa, amma mənalı həyatı ilə bağlı süjeti təqdim edirik:
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO









.jpg)



























