Qarabağ
Daha çox qələbəyə imza atacağıq!
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının İşçi Qrupunun üzvləri xalqımıza şanlı qələbə münasibətilə məktub ünvanlayıblar.
Publika.az həmin məktubu təqdim edir:
“44 günlük müharibə və sonrası. Müharibənin başlanması Fransada yaşayan biz azərbaycanlılar üçün gözlənilməz oldu. 28 ildə atəşkəs dəfələrlə ciddi şəkildə pozulmuş və müharibə üçün zəmin yaranmışdı. Amma hər dəfə bir neçə gün davam edən atışma yatırılır və növbəti mərhələyə keçmirdi. 27-si səhər Bakıdan bir tanışımın mənə zəng edib “müharibə başlayıb və xaricdəkilərə bəzi məlumatlar catdırılmalıdır, çünki Azərbaycanda internet kəsilib” deməsi mənə qəribə gəldi, yenə də “kim bilir neçə gəncimiz öləcək və bu məsələ əvvəllər olduğu kimi yenə bağlanacaq” düşüncələri ilə heyfslənməyə baslamışdım ki, birdən gözümün qabağına iyul hadisələrindən sonra Bakıdakı vəziyyət, insanların gecənin bir yarısı şəhərin mərkəzinə axışması, Milli Məclisin qarşısına toplaşaraq ermənilər tərəfindən yaşanan sayca artıq neçənci aqressiyaya son verilməsi tələbləri gəldi. 12-14 iyulda 10-a yaxın əsgərimizin, 1 general və 2 polkovnikimizin öldürülməsi cəzasız qalmamalıydı. Feysbukdakı dostlarımın arasında general Polad Həşimovu şəxsən tanıyanların onun barəsində söylədiklərini oxuduqca “necə bir generalımızı itirmişik” deyə hər kəs kimi mən də heyfsləndim. İçimdə o zaman anlamadığım bir hiss var idi və rəfiqəmə “bu il bizim ilimiz olacaq” demişdim. Nə olacaq, nə zaman olacaq, necə olacaq, nə cür olacaq suallarının cavabı o zaman mənim üçün çox qaranlıq idi. Amma 27-də rəfiqəmin mənə ismarış yazaraq evdəkilərlə əlaqə saxlaya bilmədiyini bildirməsi, ozümün də bacıma, anama və gəlinimizə ismarış göndərdikdən sonra sadəcə bir quş görməyim vəziyyətin ciddiliyini anlamağa kömək etdi. Başa düşdüm ki, deməli bu vaxt həmin vaxtdır və demək biz torpaqlarımızı geri ala biləcəyik və bu il Azərbaycanın Azadlıq ili olacaq. Qonaq getdiyim fransız rəfiqəm mənə zəndlə baxır və heç bir şey anlamırdı. Qəribə hisslər keçirirdim, ağlayımmı, sevinimmi bilmirdim, çünki qələbə qazanacağımızı bilirdim, amma onu da başa düşürdüm ki, bu qələbə neçə-neçə şəhidin qanı bahasına qazanılacaq. Azərbaycanlıların Koordinasiya Şurası 2018-ci ildə yaranıb. Biz İsçi Qrupumuzu iyul hadisələri zamanı aktiv vəziyyətə gətirərək fəaliyyətə keçmişdik. 22 iyul 2020-ci ildə Parisdə Ermənistan səfirliyinin qarşısında 12 iyulda Tovuz rayonunda törədilən növbəti terror aktına etirazımızı bildirmiş, Ermənistanı atəşkəsə riayət etməyə, Fransanı isə bu terror aktına səssiz qalmamağa çağırmışdıq.
27 sentyabrda, müharibə başlayan gündən biz öz İşçi Qrupumuzdakı fəaliyyətimizi yenidən canlandırdıq. Əsgərlərimizin cəbhədəki nailiyyətlərini biz də arxa cəbhədə, informasiya müharibəsində dəstəkləmək üçün iş planı cızdıq və o planla işə başladıq. Hədəflərimiz əsasən sosial media vasitəsilə fransızlara müraciət etmək və Azərbaycan həqiqətlərini çatdırmaq idi. Amma müharibə başlandığı gündən etibarən indiyədək heç tanımadığımız bir Fransanı kəşf etdik. Biz onun ermənipərəst dövlət olduğunu bilirdik. Amma Fransanın haqq-ədalət, söz və mətbuat azadlıqlarının carçısı olduğunu da bilirdik. Bu müharibə bizə bunların əslində heç də düşündüyümüz kimi olmadığını göstərdi. Əsgərlərimizin uğurları bizi nə qədər sevindirirdisə, Fransanın bizim haqqımızda xoş sözlərlə bəhs etməməsi, əvəzində erməni işğalçılarının hər addımını işıqlandırması, onlardan öz torpaqlarını qoruyan qəhrəmanlar kimi bəhs etməsi bizi o qədər çox məyus edirdi.
Bu 44 günlük müharibə və ondan sonrakı dövrdə yaşadıqlarımız və həyata keçirdiyimiz hədəflərimiz; diplomatlara, siyasətçilərə sözümüzü çatdırmaq üçün Feysbuk, Tvitter və İnstaqram üzərindən hərəkətə keçdik. Kiminsə Tvitteri yox idi, kiminsə Feysbuku. Hər birimiz hesab açıb bacardığımız qədər Vətənə, əsgərlərimizə dəstək olmağa çalışdıq. Və indiyə qədər heç yaşamadığımız hadisələrlə üzləşməyə başladıq. Mən də daxil olmaqla komanda üzvlərimizin hesabları blok olunur, yazılan şərhlər təsdiqlənmir, hətta yazılmış şərhlər silinirdi. Hər gün yüzlərlə müxtəlif tipli məqalə, tvit, Feysbuk paylaşımını gözdən keçirir, kiməsə etirazımızı bildirərək doğru məlumatı çatdırır, kiməsə bizi dəstəklədiyi üçün öz təşəkkürümüzü bildirirdik. Gecə-gündüz anlayışlarını itirib, günlərlə yuxusuz gecələr keçirib, 3-4 saatlıq yuxu ilə işimizə davam etmişdik. Amma Fransanın mövqeyi bizi çox məyus edirdi. Efirə çıxmaq üçün bizi çağırsalar da, çəkdikləri bütün verilişi tam şəkildə efirə vermir, sadəcə qısa hissəsi ilə kifayətlənirdilər. Hətta bir dəfə həmkarımız verilişdə 13 dəqiqəlik çıxış etmişdi və verilişin rəhbəri öz jurnalistinə “biz bu verilişi bütöv şəkildə efirə verə bilmərik, bizim qadağalarımız var” dəyərək 3 dəqiqəlik simvolik bir hissəni efirə verdilər. İllərdir yaşadığımız, azad söz və haqq-hüquq carçısı Fransanı tanımırdıq. İlk dəfə idi ki, onun Ermənistana gəldikdə 180 dərəcə dəyişdiyinin şahidi olurduq.
Əlbəttə, fransız xalqı ilə erməni xalqı arasında uzun illərdən bəri dostluq bağları var, amma Fransa kimi insan haqlarını müdafiə edən bir ölkənin bu qədər tərəfkeşlik, qohumbazlıq edəcəyi ağlımıza da gəlməzdi. İşçi Qrupumuzun üzvləri ilə bir iş planı qurduq. Hər həftə Prezident Makrona Azərbaycan həqiqətlərini əks etdirən məktub göndərirdik. Milli Assambleyanın 577 deputatına və Senatın 338 senatorunun hər birinə dəfələrlə məktublar göndərdik.
Paris şəhərinin meri Anna İdalqoya “Artsax”ın tanınması barədə etdiyi təklifə etiraz olaraq həm məktub göndərdik, həm də sosial şəbəkələrdən mövqeyimizi bildirdik. İşğal altında olmuş torpaqlarımızda milli mədəni və tarixi irsimizin məhv olunması, yararsız hala gətirilməsi barədə UNESCO-ya məktub göndərdik. Senat və Milli Assambleya “Artsax”ın tanınması təklifini öz gündəminə salmazdan bir neçə gün əvvəl bütün senator və deputatlara yenidən etiraz məktubları göndərir, onları beynəlxalq konvensiyalara əməl etməyə çağırır, Ermənistanın işğalçı mövqeyini deyil, Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu dəstəkləməyə çağırırdıq. Amma təəssüflər olsun ki, erməni lobbisi burada da öz “güc”ünü göstərdi. Və hər iki palata bu təklifin leyhinə səs verdi.
Bir şeyi də qeyd etmək istərdim. Bizə qarşı qərəzli mövqenin əslində Türkiyəyə yönəldiyini başa düşdük, çünki biz həm Senat, həm də Milli Assambleyadakı çıxışları canlı olaraq izləyirdik. Çıxışçıların dilindən “Türkiyə”, “erməni soyqırımı”, “suriyalı terroristlər”, “zavallı erməni xristian xalqını qorumaq lazımdır” kəlmələri düşmürdü. Və biz Avropanın Türkiyəyə olan nifrətinin şahidi olduq. Amma fəaliyyətimizi yenə də davam etdirirdik. Hər həftəsonu tarixi və geosiyasi biliklərimizi artırmaq üçün “Zoom” üzərindən ozümüz üçün konfranslar təşkil edirdik. Öz aramızda pul toplayıb, dərman və məktubları əsgərlərimizə göndəririk və bunu mütəmadi etmək niyyətindəyik, növbəti yardım üçün ianə yığmağa davam edirik.
Bu 2,5 ayda nə əldə etdik və nə itirdik?
Azərbaycanımızın dostlarını, düşmənlərini tanıdıq. Bütöv Azərbaycan olaraq birləşə bildik, varlısı-kasıbı, uşağı, yaşlısı, qocası, azərbaycanlısı, tatarı, avarı, talışı, ləzgisi, yəhudisi, saxuru, udini, rusu, rutulu, malakanı, gürcüsü, ukraynalısı ilə bir yumruq altında birləşə bildik. Öz boğazımızdan kəsib əsgərlərimizə, Gəncə, Bərdə, Tərtər, Naftalan qurbanlarımıza göndərdik, bütün ölkə səfərbər oldu və mən 26 il sonra azərbaycanlı olduğumla bir daha fəxr etdim, artıq boynu bükük, gözü kölgəli deyilik, başımızı dik tuta bilərik. Ərazilərimizin azad olunması sevincini, şəhidlərimizin əbədiyyətə qovuşması kədərini birlikdə bölüb, göz yaşlarımızı sildik. Bizə qarşı informasiya blokadasının olmasına baxmayaraq, sözümüzü bacardığımız bütün yollarla fransız oxucu kütləsinə çatdırmağa çalışdıq və müsbət nəticələr əldə etdik. Biz yenidən möcüzələrə inanmağa başladıq.
Nə itirdik?
2783 nur üzlü şəhid, Fransanın və ümumiyyətlə adı demokratik, azadlıq carçısı, insan haqları müdafiəçisi olan bir çox ölkələrin əslində heç də elə olmadığının şahidi olduq. Amma bizim gələcəyə inamımız böyükdür! Nə qədər ki, biz birlikdəyik, daha çox qələbəyə imza atacağıq!
Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!”
Leyla Sarabi
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI