Qarabağ
Azərbaycan əsgərləri bizə iki yol təklif etdi - ERMƏNİLƏRDƏN ETİRAF
30 nəfərdən çox erməni silahlı Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafından Azərbaycan hərbçilərinin müşayiəti altında Rusiya sülhməramlılarına təhvil verilib.
Axar.az xəbər verir ki, bu barədə geri dönən erməni silahlılardan birinin qardaşı erməni mediasına müsahibəsində deyib.
“Təxminən 20 gün əvvəl bir qrup könüllü Qarabağın Hadrut bölgəsindəki Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığındakı postlara yerləşdirilib. Azərbaycan Silahlı Qüvvələrinin srağagünkü hücumu nəticəsində bəziləri mühasirəyə alınıb”, - o söyləyib.
Erməni əsgərin qardaşı bildirib ki, döyüşlərdə bir neçə nəfər yaralanıb, lakin bəzilərinin aqibəti hələ məlum deyil:
“600-ə yaxın Azərbaycan əsgərinin erməni mövqelərinə hücum etdiyi məlum olub. Azərbaycan hərbçilərindən biri erməni əsgərlərinə yaxınlaşaraq, az sayda olduqlarını nəzərə alaraq, onları öldürmək istəmədiklərini bildirib və iki yol təklif edib: ya döyüş və öldürülmə, ya da erməni hərbçilərini rus sülhməramlılarına təhvil vermək”.
Saytın həmsöhbəti sosial şəbəkədə yayılan Azərbaycan Silahlı Qüvvələrinin erməni əsgərlərini müşayiət etdiyini əks etdirən videonun səhv yozulduğunu da söyləyib. Onun sözlərinə görə, bunlar əsirlər deyil, rus sülhməramlıları istiqamətində müşayiət olunan dəstədir.
Digər bir silahlı isə Azərbaycanın Köhnə Tağlar və Çaylaqqalanı nəzarətə götürməsinin detallarını danışıb. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri onlara ərazini boşaltmaq üçün səhər saat 5:00-a qədər vaxt verib, əks halda hücum edəcəklərini deyib.
Onlar ərazini boşaltmadığı üçün səhər saat 5:00 radələrində Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığında döyüş başlayıb.
Xatırladaq ki, bu antiterror əməliyyatını DTX icra edib.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır









.jpg)




























