Qarabağ
Makron və ermənipərəst qüvvələr heç nəyə nail olmayacaq - RƏY
Həmsədrlik institutu öz fəaliyyəti ilə göstərdi ki, Qarabağ probleminin həllində rol oynaya bilmədi və gələcəkdə də heç bir rol oynaya bilməyəcəkdi. Ona görə ki, həmsədr ölkələr, ələxsus da Fransa öz bitərəfliyini qoruyub saxlaya bilmədi.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib. O bildirib ki, Fransa Avropanın mərkəzində yerləşsə də, müstəqil siyasət aparan bir dövlət təəssüratı yaratmır:
“Ona görə ki, bu siyasəti həyata keçirən qüvvətli bir şəxs yoxdur. Makron müstəqil siyasət aparmaq iqtidarında olmayan şəxs təəssüratı yaradır, prezidentlik vəzifəsini sanki müvəqqəti hesab edir və bu vəzifənin uzunmüddətli olmayacağını bildiyi üçün kürsüsündə özünü narahat hiss edir.
Fransa kimi müstəqil bir dövlətin erməni icmasının təsiri altında qərarla verməsi nə deməkdir? Prezident öz dövlətini təmsil edir, onun addımları dövlətin müəyyənləşdirdiyi daxili və xarici siyasət çərçivəsində tənzimlənməlidir. Müstəqil dövlətin adından müharibə aparan dövlətin mövqeyinə təsir edilməsi Minsk qrupunun həmsədri çərçivəsində Fransanın öz öhdəliklərini pozması deməkdir. Şübhəsiz ki, bu, Makronun erməni icmasından asılı vəziyyətdə olduğunu göstərir. Makron Fransada dövlət başçısı statusunda olduğu müddətcə həmişə bu icmanın təsiri altında olacaq. Erməni icmasının Fransa həyatında ciddi rol oynamadığına baxmayaraq, Makron bu təsirin altından çıxa bilmir. Belə bir təsəvvür yaranır ki, onun hakimiyyətə gəlməsində və hakimiyyətdə qalmasında erməni icmasının əli var.
Əslində Makronun mövqeyi Fransa xalqının mövqeyini əks etdirmir. Qüdrətli Fransa xalqı Makron və onun komandasında olan ermənipərəst qüvvələrə öz yerini göstərəcək. Nəticədə onun kimi siyasətçilər Ermənistan ilə Azərbaycan arasında olan münasibətlərə mənfi təsir göstərməkdən əl çəkəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, əgər Ermənistan gələcəkdə Qafqazda reallaşacaq Azərbaycan layihələrində iştirak etməyi arzu edirsə, işğalçılıq siyasətindən mütləq əl çəkməlidir. Qafqazda sülhün və sabitliyin qorunmasına çalışmalıdır. Bu tezis artıq erməni opponentlərinin də başına batmaqdadır”.
Politoloq qeyd edib ki, Ermənistanda vəziyyət olduqca gərgindir:
“44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, Ermənistan artıq təklifləri ağıllı surətdə təhlil edir. Makron ona yardımlar təklif etsə də, Ermənistan yaxşını pisdən qismən ayırmaqdadır. Onlar artıq anlayır ki, Qafqazda sülhün bərqərar olması və Ermənistan adlı bir dövlətin inkişafı üçün çalışırlarsa, mütləq Azərbaycanla dostluq əlaqələrində olmalıdırlar. Azərbaycan çox qüdrətli bir dövlətdir və onun mövqeyini dünyanın digər qüdrətli dövlətləri müdafiə edib. Dünyada tərəfdaş dövlətlərin müqayisəsini aparsaq, Azərbaycanı dəstəkləyən dövlətlərin çəkisi, avtoriteti və siyasi proseslərə təsir etmək imkanları Ermənistanı dəstəkləyən dövlətlərdən xeyli üstündür. Makron və ermənipərəst qüvvələr Dağlıq Qarabağ məsələsinin yenidən alovlanmasına çalışacaq, lakin heç nəyə nail olmayacaq”.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO