Politoloq - Makron məğlub Ermənistanın vəkili kimi çıxış edir
Bizi izləyin

Qarabağ

Politoloq - Makron məğlub Ermənistanın vəkili kimi çıxış edir

Makron Fransa prezidentləri içərisində ən qatı ermənipərəst mövqeyi ilə seçilir. Həmçinin dünyada islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətini ardıcıl olaraq həyata keçirən prezident kimi də təqdim edilə bilər.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. O qeyd edib ki, hələ sentyabr ayında Azərbaycan hərbi əməliyyatlara başlayan vaxt Makronun “Biz Azərbaycanın Qarabağı yenidən öz yurisdiksiyasına qatmasına imkan verməyəcəyik” deyən bir ölkə başçısı daha sonra da Ermənistanın vəkili rolunda çıxış edərək ən azı Paşinyan qədər bütün dünya liderlərinə Azərbaycana təzyiq göstərmək üçün müraciət etmişdi:

“Daha sonra Ermənistanın məğlub duruma düşdüyünü görən Emmanuel Makron heç bir ciddi fakta əsaslanmayaraq guya Suriya və Liviyadan gətirilmiş muzdluların Azərbaycanın tərəfində döyüş əməliyyatlarında iştirak etməsi barədə saxta informasiyanı dilə gətirməyə başladı. Bununla da Fransa kimi ölkənin dövlət başçısı postuna adekvat olmadığını sübut edir. Məqsəd Azərbaycan haqqında yanlış imicin formalaşdırılması, beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə çəkmək və işğal olunmuş ərazilərin azad olunması istqamətində həyata keçirilən əməliyyatları bu yolla dayandırmaqdır. Bunun isə işğalçı ölkənin marağında olduğu məlumdur.

İndi isə yeni faktlar ortaya çıxır. Üçtərəfli bəyanatın imzalanmasından sonra erməni icmasının nümayəndələri ilə naharda iştirak edən Makron özü etiraf edib ki, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxlayıb, öz dəstəyini təklif edib və hətta ona SMS yazıb.

Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək”.

Yusif Bağırzadənin sözlərinə görə, Fransa Prezidenti bu ölkənin erməni lobbisinin, ermənipərəst dairələrinin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir:

“Bu gün Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib. Fransa Prezidenti özünü həmsədr dövlətin rəhbəri kimi yox, işğalçı ölkənin sözçüsü kimi aparır, açıq şəkildə münaqişənin əsas səbəbkarının yanında yer alır, rəhbərlik etdiyi ölkənin maraqlarını belə işğalçı Ermənistanın faşizm siyasətinə qurban verir. Fransa parlamenti tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması da Makronun anti-Azərbaycan siyasətinin nəticəsidir.

O, Fransanın sülhü yox, işğalı dəstəklədiyini, Minsk qrupunda həmsədrliklərini şübhə altına aldığını, Azərbaycanın ərazi bütövlüyünü dətəkləyən beynəlxalq hüququ tapdaladığını sübut etmiş oldu”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm