Qarabağ
Moskva görüşünün ən əsas fikri bu idi – Asim Mollazadə
“Moskvada baş tutan görüşdə ondan qabaqkı razılaşmanın demək olar ki, tam icra olunması müzakirə mövzusu olub. Bu da Azərbaycanın böyük qələbəsinin müəyyən qədər təsdiq olunması deməkdir”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan, Rusiya və Emənistan rəhbərlərinin iştirakı ilə baş tutan Moskva görüşünü şərh edərkən Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, bununla yanaşı, görüşdə Azərbaycan Naxçıvanla kommunikasiya əlaqələrinin bərpası məsələsinə nail oldu. Eyni zamanda, çox önəmli bir məsələ Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşmasıdır:
“Düşünürəm ki, bu nüansın ifadəsi Moskva görüşünün ən əsas fikri idi. Münaqişə artıq tarixə qovuşub. Biz hazırda bölgədə iqtisadi, nəqliyyat əməkdaşlığı barəsində düşünməliyik. Azərbaycanın regionda həyata keçirilən layihələrində revanşizmə və ərazi iddialarına son qoyan Ermənistan da iştirak edə bilər. Bu, Azərbaycanın hər zaman dilə gətirdiyi bir məsələdir”.
ADİP sədrinin fikrincə, müvafiq imzalanan saziş də gələcəkdə belə bir əməkdaşlığın mümkünlüyünü ifadə edir:
“Ermənistan bu razılaşmalardan imtina etməyə cəhd göstərə bilər, amma rəsmi İrəvanın bunu etməyə gücü yoxdur. Ermənistanın yeganə xilas yolu qonşularına qarşı ərazi iddialarını unutmasıdır. Eyni zamanda, qonşularla normal münasibət qurmağa çalışmalıdır. Əks halda Ermənistanın bir dövlət kimi mövcudluğu bu regionda mümkün olmayacaq”.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


