Qarabağ
Xalq artisti: “Dahi sənətkarlarımızın güllələnmiş heykəllərinin taleyi həll olunur”
“Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə Bakıda möhtəşəm beynəlxalq musiqi festivalları keçirilirdi. Hər il 18 sentyabrda biz Birinci Qarabağ müharibəsində Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın güllələnmiş heykəllərinə baxıb məyus olurduq. Göz yaşlarımızı göstərməsək də, içimiz həmişə qan ağlayırdı. Heykəllərin güllələnməsi erməni vandalizmi və faşizminin əyani əlamətləridir”.
Bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı heykəllərin açılışından danışan bəstəkar bildirib ki, bu günü hamımız çoxdan gözləyirdik:
“30 ildir ki, Şuşa həsrəti ilə yaşayırdıq. Artıq Şuşa azaddır, hər günümüz gözəl xəbərlər gətirir. Bu xəbərlər bizi həm sevindirir, həm də həyəcanlandırır. Ali Baş Komandan Şuşanın qələbə xəbərini çatdıranda demişdi ki, Şuşa, biz səni dirçəldəcəyik. Nəhayət ki, o günlər yavaş-yavaş gəlir, addım-addım biz Şuşaya qayıdırıq. İndi də dahi sənətkarlarımızın güllələnmiş heykəllərinin taleyi həll olunur. Prezidentin bu heykəllərin Şuşada açılışını etməsi tarixi məqamdır. Düşünürəm ki, Üzeyir Hacıbəylinin ev muzeyinin bərpa olunacağı günlər uzaqda deyil.
İndi biz Cıdır düzündə “Xarı bülbül” festivalının və Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş poeziya gecələrinin keçirilməsini gözləyirik. Bizim nəsildən olan mədəniyyət insanları həmişə bir-birinə deyirdi ki, Şuşanı görmədən bu dünyadan gedəcəyikmi? Şükürlər olsun ki, qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu, möhtəşəm qayıdış olacaq.
Musiqi mədəniyyətimizin beşiyi olan Şuşanın bu statusunu yenidən özünə qaytaracağıq. Bunun üçün Şuşada musiqi festivallarının keçirilməsi, musiqi məktəblərinin açılması nəzərdə tutulur. 1972-ci ildə Bəstəkarlar İttifaqının Şuşa filialı fəaliyyət göstərirdi. Birinci Qarabağ müharibəsindən sonra musiqi məktəblərinin şagird və müəllimləri Bakıda yerləşdirilmişdi. Biz onlarla həmişə gözəl münasibətlər qurur və konsertlər təşkil edirdik. Sonuncu Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında o musiqi məktəblərinin şagirdləri ilə birlikdə “Şuşa sədaları” adlı konsert keçirmişdik. Bu konsert o qədər gözəl alınmışdı ki, xaricdən gələn qonaqları da riqqətə gətirmişdi. İnanıram ki, bu tədbirlər yenidən bərpa olunacaq, artıq onlar öz fəaliyyətini Şuşada davam etdirəcəklər”.
Aytən Məftun
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu



























