Qarabağ
PUA-lar YENİDƏN QARABAĞDA: Türklər gəlir
Qarabağdakı Türk-Rus Birgə Monitorinq Mərkəzi işə başlayır.
Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Məlumat və Kütləvi Kommunikasiya Departamenti təfərrüatları açıqlayıb.
Bildirilib ki, rus hərbçilər atəşkəsə və Dağlıq Qarabağ zonasında Azərbaycan ərazisindəki bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzində işləməyə hazırlaşır.
Mərkəzin tərkibində olacaq rus hərbçilərin atəşkəs rejiminə nəzarət vəzifələrini birgə icra etmələri üçün təlim keçdikləri və Azərbaycan ərazisinə getməyə hazırlaşdıqları qeyd olunur.
Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifə və funksiyalarını, işinin təşkili qaydasını, eyni zamanda, ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənir.
Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin heyəti vəziyyəti izləmək, atəşkəsə və bütün döyüş əməliyyatlarına pilotsuz aviasiya vasitələrindən istifadə etməklə nəzarət etmək vəzifələrini yerinə yetirəcək.
Atəşkəsə və Dağlıq Qarabağ zonasındakı bütün döyüş əməliyyatlarına nəzarət edən ortaq Rusiya-Türkiyə mərkəzi Rusiya Federasiyası və Türkiyə Respublikasının Müdafiə Nazirliyi rəhbərləri tərəfindən imzalanan memoranduma uyğun olaraq Azərbaycan ərazisində yerləşdiriləcək. 11 noyabr 2020-ci il tarixində imzalanan memoranduma əsasən, hər tərəfdən bərabər sayda nümayəndə təmsil olunur.
Qeyd edək ki, mərkəzin qərargahı Ağdamda olacaq.
Zümrüd
-
İdman13:49Məşhur futbolçu İran millisindən bu görüntüyə görə qovuldu - Foto
-
MDB13:39Məhkəmə eks-spikerin 1,2 milyardını dövlətə verdi
-
MDB13:29Paşinyandan Novruz təbriki
-
Ekologiya12:48Sabaha gözlənilən hava şəraiti açıqlandı
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
-
MDB11:28Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto






























.jpg)



.jpg)
