Qarabağ
Tarixçi alim: “Şuşa Azərbaycan şəhərsalma mədəniyyətinin böyük nümunələrindəndir”
Erməni tarixində, ədəbiyyatında belə fiksiya baş alıb gedir ki, guya Şuşa erməni şəhəri olub. Bu, tamamilə uydurmadır. Şuşa Azərbaycan şəhəri kimi meydana gəlib, Azərbaycan şəhəri kimi də inkişaf edib. Xalqımızın ən böyük tarixi uğurlarından biri odur ki, Azərbaycan dövləti şəhərsalma mədəniyyətinə malik olub. Şuşa da Azərbaycan şəhərsalma mədəniyyətinin və yaradıcılığının böyük nümunələrindəndir.
Publika.az xəbər verir ki, bu sözləri tarixçi alim Kərim Şükürov deyib. O bildirib ki, ermənilər, xüsusilə onların ideoloqlarından olan Zori Balayan Pənahəli xanı ona görə lənətləyirdi ki, Şuşa şəhərinin əsasını qoyub:
“Çox maraqlıdır ki, bu şəhər meydana gəldikdən sonra oranın memarlığının formalaşmasında ən böyük rol oynayan əsas xadimlərdən biri Molla Pənah Vaqif olub. Vaqif Qarabağ xanının vəziri idi, poeziyamızın əsas sütunlarından biri olması ilə bərabər, həm də memarlıq təfəkkürünə malik idi. Bu şəhərin arxitekturasının formalaşması, evlərin tikilməsi, küçələrin salınması, daşların döşənməsi və s. ilə bağlı çox mühüm tövsiyələr verib. Şuşa memarlığından yazan müəlliflər də bunu qeyd edirlər.

Molla Pənah Vaqif Şuşada böyük etimad qazanmışdı. Görkəmli ədəbi tənqidçimiz Firidun bəy Köçərli Vaqif yaradıcılığının və poeziyasının Azərbaycan ədəbi dilinin formalaşmasında çox mühüm rola malik olduğunu qeyd edir. Şuşa həm açıq muzey kimi formalaşmışdı, həm də Qarabağ xalçaçılığının mərkəzi olub. Adətən bu xalçalar kəndlərdə toxunurdu, amma Şuşa şəhərinin özü xalçaçılıq mərkəzindən biri kimi Azərbaycan xalçaçılığında yeni tendensiyaların, yeni meyllərin əsasını qoyub. Bir sözlə, Şuşa bir çox cəhətdən əhəmiyyətli idi. Şəhərin 28 il işğalda qaldığı dövrdə Azərbaycanın mənəvi, maddi mədəniyyətinə, ədəbiyyatına, musiqisinə ağır zərbə vuruldu. Nə qədər çətin olsa da, bu dağıntıları aradan qaldırmaq mümkündür, amma mənəvi cəhətdən Şuşaya vurulan zərbə çox ağırdır. Əminəm ki, Şuşanın işğaldan azad olunmasının yaratdığı böyük coşğu 28 ilin ağrı-acısını da yaddan çıxaracaq. Şuşa Azərbaycan şəhərlər ailəsində, ictimai-siyasi və mədəni həyatında yeni səhifə açacaq. Nəinki Azərbaycanın, bu şəhər tezliklə Qafqazın mədəniyyət paytaxtı kimi mühüm mərkəzə çevriləcək”.
Aytən Məftun
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız






































