Qarabağ
Bu, bölgədə davamlı sülhün təmin olunması baxımından əhəmiyyətlidir - Deputat
“Prezident İlham Əliyev fevralın 14-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birgə işğaldan azad olunan ərazilərimizə növbəti dəfə səfər etdi. Cənab Prezident orada qeyd etdi ki, bu ərazilərə artıq qalib, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlirəm. Dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra da demişdi ki, biz bu əraziləri dirçəldəcəyik”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərdə ilk növbədə infrastruktur layihələrinin həyata keçirilməsi vacibdir: “Bu baxımdan da ən mühüm məqamlar ilkin plana salınır. Prezident İlham Əliyev Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti ilə yanaşı, bir sıra əhəmiyyətli layihələrin də təməlqoymasında iştirak etdi. Cənab Prezident xüsusi vurğuladı ki, bu dəmir yolu xətti Azərbaycan iqtisadiyyatına öz böyük töhfəsini verməklə yanaşı, xətt tikilib başa çatdıqdan sonra bölgə ölkələrinin də hər birinə xidmət edəcək. Türkiyə ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti mövcud idi, yeni tikiləcək xətt qardaş ölkə ilə ikinci belə bir yol olacaq. Bu, 10 noyabr razılaşmasına əsasən, birbaşa olaraq Naxçıvanla Azərbaycanın quru yolu olacaq. Bununla yanaşı, Türkiyə ilə həm Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı, həm də Azərbaycanın əsas hissəsini birləşdirən dəmir yolu xətti olacaq”.
C.Osmanov əlavə edib ki, əsası qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin bölgə ölkələrinin iqtisadiyyatına da mühüm qatqısı olacaq: “Eyni zamanda bu dəmir yolu xətti üzərindən İran-Rusiya, Rusiya-Azərbaycan-Ermənistan və bu bölgədə olan ölkələrin hər birinin gələcəkdə dəmir yolu xətti üzərindən müxtəlif yükdaşımalar, insanların daşınması, o cümlədən iqtisadiyyatın daha da genişlənməsi baxımından çox vacib perspektivləri var. Azərbaycan Prezidentinin bu təşəbbüsləri bölgəyə sülh və əmin-amanlıq gətirməklə yanaşı, həmçinin bölgə ölkələrinin iqtisadiyyatının dirçəlməsinə böyük töhfə verəcək. Bu baxımdan yeni dəmir yolu xəttinin, eyni zamanda infrastruktur layihələrinin bölgədə davamlı sülhün təmin olunması baxımından böyük əhəmiyyəti var”.
Akqabay Mıradov
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


