Qarabağ
Rusiya Qarabağda məğlub oldu – Qobl
Rusiya Qarabağ müharibəsində məğlub tərəfdir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl ABŞ Ordusu Mədəniyyət və Bölgə Tədqiqatları Bürosu (CASO) Komandanlığı və Baş Qərargah Kollecinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı panel müzakirəsi zamanı deyib.
O bildirib ki, Kreml Qarabağa ordu yerləşdirmək istəmirdi:
“Lakin Türkiyə qüvvələrinin bura girəcəyindən ehtiyat etdiyinə görə son çarə olaraq belə bir addım atdı. İki ay əvvəl Rusiya xalqı qələbə qazandığını düşünürdüsə, indi məğlubiyyət olduğunu başa düşür. Rus xalqı Qarabağda yerləşdirilən rus sülhməramlılara maliyyə ayrılmasını istəmir”.
Qobl, həmçinin Dmitri Medvedyevin ötən günlərdə Qarabağın Rusiyanın status məsələsini müzakirə etmək istəməməsinin Ermənistanda böyük bir qəzəbə səbəb olduğunu da vurğulayıb:
“Dmitri Medvedyev ötən günlərdə öz çıxışı zamanı hazırda Qarabağın statusu məsələsinin müzakirəsi üçün uyğun vaxt olmadığını vurğuladı. Ermənilər bütün baş verənlərə və status məsələsinin Kreml tərəfindən müzakirəyə çıxarılmamasına görə böyük xəyanətlə üzləşdiklərini düşünürlər”.
Qeyd edək ki, sabiq səfir Richard Kozlariç, keçmiş səfir və ATƏT MQ-nin ABŞ-dan olan sabiq həmsədri Keri Kavano, Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xüsusi müşaviri Pol Qobl və Xarici Hərbi Araşdırmalar Ofisində Avrasiya təhlükəsizlik analitiki Metyu Steynin iştirak etdiyi olduqca maraqlı müzakirə bir müddət öncə baş tutub.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
