Qarabağ
Qarabağda radiasiya monitorinqi: Bu nazirliklər də işə qoşulur
“İşğaldan azad edilən ərazilərdə radiasiyanın monitorinqi aparılacaq. Mərmilər səpilən yerlərə baxılacaq. Ola bilər ki, ermənilər mərmilərə müəyyən radioaktiv elementlər qoşsunlar. Suda və quruda monitorinqlər aparılacaq”.
Bunu Publika.az-a açıqlamasında AMEA-nın əməkdaşı, kimya elmləri doktoru Müslüm Qurbanov deyib. Ekoloqun sözlərinə görə, aparılacaq monitorinqlə bağlı AMEA-da bir neçə qrup yaradılacaq: “Hələlik dəqiq vaxt demək çətindir, amma yəqin ki, aprel ayında monitorinqlərə başlanacaq. Monitorinqlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə birgə əməkdaşlıq şəraitində gerçəkləşdiriləcək. Hələlik monitorinq üçün AMEA-nın 2 laboratoriyası – radiokimya və radioekologiya laboratoriyalarının əməkdaşları səfərbər olacaq. Onların say tərkibi də hələlik dəqiqləşməyib”.
M.Qurbanov bildirib ki, əsasən Ermənistan ərazisindən daxil olan su hövzələrində kimyəvi elementlərin artıb-azalma dərəcəsi öyrəniləcək: “Əgər süni radiasiya varsa, deməli, bu, ermənilərin atdığı raketlərin zibilləridir. Mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasında bununla bağlı müzakirə aparılır. Monitorinqlər iki hissədən ibarətdir. Yerində monitorinq üçün kiçik cihazlar lazım olacaq. Nümunələrin gətirilməsi və akademiyada tədqiqi üçün bizə böyük cihazlar gərəkdir. Bu işlər həllini tapandan sonra işə başlanacaq. Bu monitorinqlər 1-2 günün məsələsi deyil. Ərazi çox böyükdür. Oradan vaxtaşırı nümunələr götürülüb gətiriləcək. Ola bilsin ki, səyyar monitorinq mərkəzləri də qurulsun. Hələlik bu detallarla bağlı konkret addımlar atılmayıb”.
Tural Turan
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?










.jpg)

























