Qarabağ
Həmin qələbənin simvolu Cıdır düzündəki Novruz tonqalıdır - RƏY
"Azərbaycan Prezidenti Şuşada, Cıdır düzündə Novruz tonqalını yandırdı. Bu tonqal böyük qayıdışın, Azərbaycan xalqının şanlı qələbəsinin tonqalıdır".
Bunu Publika.az-a açıqlamasında millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə ölkə başçısı İlham Əliyevin Şuşa səfərinə və orada bayram tonqalı ətrafındakı çıxışlarına münasibət bildirərkən söyləyib. Millət vəkili bildirib ki, 28 illik işğaldan sonra Azərbaycan xalqı öz torpaqlarını düşməndən azad etdi:
"İndi Azərbaycan öz mədəni paytaxtında böyük ümidlə gələcəkdə Qarabağın cənnətə çevriləcəyi planını hazırlayır. Mən əminəm ki, Prezidentin bu istiqamətdə dünyaya verdiyi mesajlar sülhə və əmin-amanlığa çağırışdır. Ölkə başçısı Şuşadakı bayram tonqalı ətrafındakı çıxışında Qarabağa böyük qayıdışla bağlı dünyanı dəstək göstərməyə dəvət etdi. Cıdır düzündə alovlandırılan Novruz tonqalı ilk növbədə tərəfdaşlığa və əmin-amanlığa çağırışdır. Eyni zamanda, dünyanın bu prosesdə iştirakına çağırış simvoludur. Əminəm ki, 44 günlük müharibədə böyük qələbə qazandığımız kimi, Qarabağa qayıdış və onun cənnətə çevrilməsində də Azərbaycan xalqı qalib olacaq. Həmin qələbənin simvolu Cıdır düzündəki Novruz tonqalıdır".
Tural Turan
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ














.jpg)












