Qarabağ
Bu, düşmənə vurulmuş psixoloji zərbədir - Şərh
Prezidentin Novruz bayramını Cıdır düzündə qeyd etməsi çox mühüm addımdır. Uzun illərdir ki, biz bu tarixi bayramı öz tarixi torpaqlarımızda qeyd etməyi arzu edirdik. Prezident çıxışlarında da tez-tez bu istəyini dilə gətirirdi. Ümumiyyətlə, liderin sözləri əhalidə ovqatın dəyişməsinə və ruh yüksəkliyinin yaranmasına çox təsir edir.
Bu sözləri Publika.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Ekspert bildirib ki, ölkə başçısının Cıdır düzündən xalqa müraciət etməsi cəmiyyətin psixologiyasında çox böyük tarixi dönüş yaradıb:
“Çünki biz 30 ildir gecə-gündüz dua edirdik ki, Novruzu o torpaqlarda qeyd edək. İstənilən bayramda və ya şənlikdə bu arzunu dilə gətirirdik. Bir neçə il əvvəl düşmən Cıdır düzündə yallı getdi və göstərməyə çalışdı ki, bu torpaqlarda istədiyini edə bilər. Bu, cəmiyyətdə ciddi psixoloji sarsıntı yaratmışdı. Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu ədaləti bərpa etdi, düşmənin layiqli cavabını verdi, torpaqlarımız işğaldan azad olundu. Odur ki, Prezidentin Novruz bayramını Cıdır düzündə qeyd etməsi xalqımızda ikiqat təsirə malikdir. Bu, əhalidə böyük ümid yaradır, eyni zamanda düşmənə vurulmuş psixoloji zərbədir. Ermənilər bir vaxtlar işğalçı olmaları ilə fəxr edərək Qarabağın onlara məxsus olduğunu iddia edirdilər. Qüdrətli Azərbaycan Ordusu göstərdi ki, onları torpaqlarımızdan qovmağa, Cıdır düzündə Novruz tonqalı qalamağa qadirdir.
Prezidentin addımını çox yüksək qiymətləndirirəm, xalqın ona rəğbəti daha da böyüdü. Bu, həm düşmənə, həm də dünya əhalisinə beynəlxalq səviyyədə ötürülən ciddi mesajdır”.
Aytən Məftun
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN







.png)









.jpg)






















