Qarabağ
Hər şey Aprel döyüşləri ilə başladı - Polkovnik MÜHÜM DETALLARI AÇDI
Aprel döyüşlərinin əhəmiyyətini Vətən müharibəsində qələbə qazandıqdan sonra daha real gördük. Bir artıq deyə bilərik ki, Aprel döyüşləri Vətən müharibəsinə gedən yolda sınaq mərhələsi oldu. Bu sınaqdan Azərbaycan Ordusu uğurla çıxdı və nəyə qadir olduğunu göstərdi. Bununla yanaşı, Azərbaycan cəmiyyəti də bu sınaqdan üzüağ çıxdı və birliyini nümayiş etdirdi. Xalqımız Cənab Prezidentin ətrafında birləşərək yumruğa çevrildi. Gənclərimizin hansı potensiala malik olduğunu və ruh yüksəkliyini Aprel hadisələri göstərdi. Hamı bir olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsində və işğalçıların torpaqlarından qovulmasında yaxından iştirak etdi. Bütün küçələrdə izdihamlar təşkil olundu. Ordu sıralarında döyüşənlər arasında 1 nəfər də fərari olmadı.
Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, əlbəttə, Azərbaycan hər zaman irimiqyaslı təlimlər keçirirdi. Amma hərbi təlimlərdə hər şey tam əks olunmurdu: “Məhz bu döyüş şəraitində Azərbaycan Ordusunun sınaqdan keçməsi və ondan nəticələr çıxarması böyük tarixi hadisədir.
Aprel döyüşləri zamanı Azərbaycan Ordusu ilk gündə 24 saat ərzində düşməni strateji yüksəkliklərdən geri ataraq qarşıda qoyulan hədəfi ələ keçirmişdi və tapşırığı yerinə yetirməyə nail olmuşdu. “Keçilməz Ohanyan xətti” mifi bir neçə saat ərzində darmadağın edilmişdi. Yəni Azərbaycan Ordusunun nəyə qadir olduğu Aprel döyüşlərində sərgiləndi”.
Ş.Ramaldanovun fikrincə, Aprel hadisələrində hərbi istiqamətlə yanaşı, başqa bir hadisəyə də şahidlik etdik: “Biz gördük ki, beynəlxalq qurumlar ikili standartlar tətbiq edərək Azərbaycana əngəl törətmək istəyirlər. Rəsmi Moskva işə qarışdı və atəşkəsi bərpa etməli olduq. Aprel hadisələri beynəlxalq ictimaiyyətin Azərbaycana olan mövqeyini ortaya qoyması baxımından da əhəmiyyətli oldu. Hansı risk və təzyiqlərə məruz qala biləcəyimizi gördük. Aprel hadisələrindən sonra Azərbaycan Respublikası Prezidenti müdrik siyasət apararaq beynəlxalq qurumlarla sıx əməkdaşlıqlar etdi və bütün tədbirlərdə Azərbaycanın haqq işini müzakirəyə çıxardı və buna diqqət çəkdi. Prezident bildirdi ki, Azərbaycanın başqa yolu yoxdur və münaqişənin gec-tez sülh yolu ilə həll olunmaması təqdirində, hərb variantına keçilməsi barəsində mesajlar verdi. Ali Baş Komandan bu siyasətlə beynəlxalq ictimaiyyəti Vətən müharibəsinə hazırlaşdırdı.
Azərbaycan Qoşulmama Hərəkatının, İslam dövlətlərinin, türkdilli ölkələrin dostluğunu və dəstəyini qazandı. Qardaş ölkə Türkiyə ilə inkişaf etdirdiyimiz münasibətlər, Pakistanla dostluq əlaqələrimiz beynəlxalq səviyyədə gələ biləcək riskləri minimuma endirmək üçün işə yaradı”.
Polkovnik ötən il Tovuz istiqamətində baş tutan iyul təxribatlarından sonra Azərbaycan Prezidenti İlham Əliyevin “hücum diplomatiyası” ifadəsini də xatırladıb: “Bu diplomatiyanın əsas hədəfi Ermənistanın növbəti təxribatlarına hərbi cavab və daha sərt addımlar atılması idi. Əslində, bütün bunlar Vətən müharibəsinin labüdlüyünü ortaya qoyurdu. Rusiya ilə düzgün münasibətlərin də qurulması Azərbaycana döyüş arenasında yeganə düşmənlə mübarizə aparmasına şərait yaratdı. Təkbətək qalan Azərbaycan Ordusu və Ermənistanın işğalçı qüvvələrinin qarşıdurması düşmənin darmadağın edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı.
Şükürlər olsun ki, biz Aprel döyüşlərinin 5-ci ildönümünü bütöv, işğalçılardan azad olunmuş torpaqlarımızla birgə qeyd edirik. Zəfər qazanmış Azərbaycan prizmasından yanaşdıqda Aprel hadisələrinin tarixi və mühüm döyüşlər olduğunu deyə bilərik. İşğal olunmuş ərazilərdə Azərbaycanın suverenliyinin bərpası Aprel döyüşlərindən sonra qurulmuş proqram idi”.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)















.jpg)



.jpg)

