Qarabağ
Əliyev zəng etdi, Putin “İsgəndər”lə bağlı... – Venediktov
Şuşaya atılan “İsgəndər” raketləri “Exo Moskva” radiostansiyasının “Budem nablyudat” (“Müşahidə edəcəyik”) proqramında aparıcı Sergey Buntmanla baş redaktor Aleksey Venediktovun söhbətində müzakirə olunub.
Publika.az Virtualaz.org-a istinadla söhbətin həmin hissəsini təqdim edir:
S.Buntman: İndi mən haradan uçub gəldiyi məlum olmayan “İsgəndər”lərlə məşğul olmaq istərdim.
A.Venediktov: Bəli, bu dolaşıq əhvalatdır.
S.Buntman: Bəli.
A.Venediktov: Baxın, doğrudan da minaların təmizlənməsi üzrə agentlik işləyir, həmişə olduğu kimi, münaqişələrdən sonra, təbii olaraq. Və iki “İsgəndər” operativ-taktiki raketlərinin qalıqları aşkarlanır. Və orada tanınma nişanı saxlanılır. Və o ilk növbədə prezident Əliyevə təqdim edilir, sonra qalanlara. Və Əliyev, mən başa düşdüyüm qədər, bu məsələ ilə bağlı Putinə zəng vurur. Nəyə görə Paşinyana deyil, Putinə? Birincisi, mən yada salıram ki, Paşinyan “İsgəndər”lərin atıldığını deyəndə onu fitə basdılar, gülüş hədəfinə çevirdilər, xüsusən bizim, Rusiyanın Müdafiə Nazirliyi. Və Putin dedi, və Peskov onu təkrarladı: “İsgəndər”lər tətbiq olunmayıb.
Problem bax bundadır. Həmin “İsgəndər”lərdə saxlanılmış “markirovka” göstərir ki, bu ixrac variantı deyil, bu həmin variant deyil ki, Ermənistana satılmışdı və nəticədə orada olmalı deyildi. 9M723 müstəsna olaraq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan raketlərin tanınma nişanıdır.
Və bu sırağagün olub, deyəsən həftənin cümə günü, Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərin keçirildiyi bir vaxtda. MDB xarici işlər nazirləri Şurasının iclası gedir. Və orada Lavrova da bu dəlillər təqdim olunub. Mən başa düşdüyüm qədər o, heç bir cavab verə bilməyib. Və mənim başa düşdüyüm qədər Putin məsələni araşdırmağı tapşırıb, çünki belə hal olmalı deyildi. “İsgəndər”lərin buraxılması peykdən izlənir. Gümrü bazasından da heç nə uçmayıb. Ən azından bunu təkcə bizim peyklərimiz göstərmir, başqaları da çəkir.
Pardon, o zaman 9M723 nişanlı “İsgəndər”lər ora (Şuşaya) necə uçub gedib - üstəlik partlamayıb? Bu böyük sualdır. Doğrudur, indi nə istəsən fikirləşib tapmaq olar. Lakin Gümrüdən uçmayıb. “Markirovka” aydın deyil. Ümumən hələ ki, bizim diplomatların reaksiyası belədir: “Bu nə işdir belə?” Və mənim də reaksiyam belədir. Hesab edirəm ki, bu suala hər halda kimsə cavab verməlidir: hərbçilər Putin qarşısında, Putin Əliyev qarşısında. Çünki bu ciddi əhvalatdır.
Bilirsən, Seryoja, bu kimyəvi silah kimidir. Yəni sizin ixrac üçün nəzərdə tutulmamış “İsgəndər”ləriniz orada dolaşır, yəni ancaq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan raketlər. Belə ağrılı əhvalatdır.
S.Buntman: Bu çox ciddi əhvalatdır.
A.Venediktov: Doğrudan da cavab yoxdur.
S.Buntman: Bəli, bu “İsgəndər”lər aydın deyil. Onları “quşatandan” buraxa bilməzsən ki, hətta səndə sadəcə olaraq raketlər varsa.
A.Venediktov: Bu, “Buk” (Ukraynada sərnişin təyyarəsinin “Buk”la vurulması zamanı bu zenit-raket kompleksinin buraxılmasına rus əsgərlərinin məsul olması haqda müzakirə nəzərdə tutulur – red.) kimidir.
S.Buntman: Bəli, elədir.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI