Qarabağ
Ermənistana “İsgəndər” necə verilib? - Rusiya buna rəsmi münasibət bildirməlidir
Şuşa şəhərində və onun ətrafında ANAMA-nın həyata keçirdiyi minatəmizləmə tədbirləri nəticəsində məlum oldu ki, müharibədə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər-M” raketi istifadə edilib. Bununla yanaşı müharibə zamana Rusiyadan təyyarələrlə Ermənistana tonlarla silah göndərilib. Rusiya mütləq şəkildə buna münasibət bildirməli və tədqiqat aparmalıdır. Şuşa ətrafında “İsgəndər” raketinin qalıqlarının tapılması böyük beynəlxalq qalmaqaldır. Ona görə ki, beynəlxalq müqavilələrə və konvensiyalara əsasən, Rusiya “İsgəndər-M” raketlərini heç bir halda digər dövlətlərə verə bilməz. Odur ki, bu raketləri kimin atması sualı ortaya çıxır. Lakin bunun yerinə Rusiya gömrük əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması bizim üçün heç bir məna kəsb etmir. Bu və bu kimi xəbərlərlə guya hansısa işlər görüldüyü barədə mesaj ötürüb, ciddi məsələlərdən yayınmağa heç bir ehtiyac yoxdur.
Bu sözləri Publika.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması haqda danışarkən deyib.
Professorun sözlərinə görə, “İsgəndər” nüvə başlığına malik olan raketdir:
“Əgər raketi Ermənistan atıbsa, “İsgəndər-M” onlara necə verilib? Bunun bu gün izahı verilməlidir. Lakin əvəzində 37 stabilizatorun Ermənistana göndərilməsinin qarşısının alınması kimi gülməli “əməliyyat” yayır. Bu, gözdən pərdə asmaqdan başqa bir şey deyil.
Ümumiyyətlə, “İsgəndər-M” raketi nüvə başlığına malik olan strateji xarakterli silahdır. Bu raketin təhlükəsizlik mexanizmi və atılma icazəsi bir neçə pillədən keçir. Belə olan halda necə olub ki, raket Ermənistana gəlib çatıb. Rusiya mətbuatında bildirilir ki, məsələ ilə bağlı tədqiqat aparılır. Bu, qeyri-ciddi münasibət formalaşdırır. Rusiya dünyada ən böyük nüvə silahı arsenalına malik olan ölkədir. Buradan o nəticəyə gəlirik ki, Rusiyanın nüvə daşıyan strateji silahına nəzarət mexanizmi yoxdur və istənilən ölkə bu silahı ələ keçirə bilər. Bir çox suallar var ki, onlara aydınlıq gətirilməlidir. “İsgəndər-M” çox böyük dağıdıcı gücə malik olan silahdır, odur ki, Rusiya təkcə Azərbaycan deyil, beynəlxalq ictimaiyyət qarşısında da məsuliyyət daşıyır. Hesab edirəm ki, Rusiya tərəfi bu məsələyə rəsmi münasibət bildirməlidir. Bəzi mənbələrin yazdığına görə, bu yaxınlarda Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü gözlənilir. Düşünürəm ki, həmin görüş vaxtı Prezident İlham Əliyev məsələni qaldıracaq”.
Ramiz Sevdimalıyev qeyd edib ki, indiyə qədər Rusiya heç bir ölkəyə “İsgəndər-E” eksport versiyasını göndərməyib:
“Burada ciddi səhvlər var. Rusiya bu səhvləri və Ermənistanın silahı necə ələ keçirdiyini izah etməlidir. Necə olur ki, hansısa mafioz qruplar belə bir silahı ələ keçirə bilib. Silahların təhlükəsizliyini təmin edə bilməyən Rusiya bu vəziyyətdə özünə qarşı inamı itirmiş olur”.
Aytən Məftun
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...
-
MDB09:24
Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
-
Sosial08:48
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO
-
Avto08:12
On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı
-
İdman07:47
Türkiyədə Ronaldoya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ