Qarabağ
Bu məsələdə İƏT-in böyük rolu olacaq - ŞƏRH
İslam Əməkdaşlıq Təşkilatının vaxtilə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə və işğalçılıq siyasətinə daha çox diqqət ayırması və azad olunmuş torpaqlarımızı ziyarət etməsi təqdirəlayiq haldır. Ümumiyyətlə, bu təşkilat torpaqlarımız işğal altında olduğu dövrdə də digərlərinə nisbətən daha aktiv çıxış edir və müəyyən bəyanatlar verirdi. Çox sistematik olmasa da, digər beynəlxalq təşkilatlardan fərqli olaraq, İƏT-ə daxil olan ölkələrin əksəriyyətinin Azərbaycanın yanında yer alması, ümumiyyətlə, müharibə dövründə də bir çox məsələlərdə bizimlə həmrəy olması müsbət haldır.
Bu sözləri Publika.az-a açıqlamasında Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli deyib.
O bildirib ki, İƏT Təmas Qrupu üzvlərinin Qarabağa səfəri bir çox cəhətdən əlamətdar oldu:
“Sadəcə Türkiyə və Pakistanın deyil, İƏT-ə daxil olan digər Asiya və Afrikanın müsəlman ölkələrinin nümayəndələrinin də bu prosesləri izləməsi, milli və dini abidələrimizin Ermənistan tərəfindən məhv edilməsini öz gözləri ilə görməsi, müvafiq təşkilatlara və öz dövlətlərinə bu barədə məlumatlar verməsi yaxşı haldır. Torpaqlarımızın işğaldan azad olunması ilə bağlı İƏT-in müəyyən mənada reaksiyalar verməsini və bu səfəri müsbət dəyərləndirirəm. Bu ölkələrlə yeni bir mərhələyə qədəm qoymaq önəmli addımdır”.
Tarixçi alim qeyd edib ki, Azərbaycanın həm türk dövlətləri, həm də müsəlman ölkələri ilə əməkdaşlığını gücləndirməsi lazımdır.
“Pakistan və Türkiyənin timsalında bu, yaxşıdır. Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla da münasibətlərdə irəliləyişlər əldə olunub. Bu, olduqca ürəkaçan bir məsələdir. Ancaq hələ də bəzi İslam ölkələri var ki, onlarla problemlər qalmaqdadır. Sözsüz ki, dövlət başçısı İlham Əliyev bəzən qərəzli münasibət göstərən, az qala Ermənistanı müdafiə edən və ya ikili yanaşmaları olan ölkələrə dolayısı ilə və ya açıq şəkildə eyhamlar vurur. Bu, Azərbaycanın həm mövqeyini ifadə edir, həm də hansı İslam ölkələri ilə əməkdaşlığın daha da gücləndirilməsi və problemlərin aradan qaldırılması istiqamətində yerinə düşür”.
Faiq Ələkbərlinin sözlərinə görə, tarixi və dini abidələrimizin dağıdılması və talan edilməsi İƏT-in konfranslarında, beynəlxalq səviyyədə keçirilən tədbirlərində yüksək səviyyədə səsləndiriləcək:
“Qarabağla bağlı qalan problemlərin gələcəkdə kökündən həll olunmasında da İƏT-in böyük rolu olacaq. Bu təşkilatın mövqeyini səsləndirməsi, hansısa formada bəyanatlar verməsi mühüm olacaq. Eyni zamanda dini abidələrimizin bərpa olunmasına İƏT-in cəlb edilməsi öz müsbət nəticələrini göstərəcək. Azərbaycan dövləti doğru addımlar atır, bundan sonra da bu kimi təşəbbüslərin daha geniş xarakter alması, dini və milli abidələrin bərpasında birgə iştirak etməsi bizim üçün xeyirli olacaq”.
Aytən Məftun
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


