Qarabağ
Hərbi qənimətlər Parkı Azərbaycanın böyük qələbəsinin rəmzidir - Deputat
Aprelin 12-də Bakıda, “8 Noyabr” prospektində Hərbi Qənimətlər Parkının açılışı oldu. Prezident açılışa şəxsən qatıldı. Əsgər və zabitlər qarşısında çıxış etdi. Ali Baş Komandan qeyd etdi ki, İkinci Qarabağ müharibəsi bizim gücümüzü, müasirliyi göstərdi. Prezident xatırlatdı ki, biz XXI əsrin müharibəsini aparmışıq.
Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında bizim müzəffər ordumuz peşəkarlıq, məharət, güc ortaya qoydu. Nəticədə düşmən 30 ildən sonra torpaqlarımızdan qovuldu. Bir sözlə, bu böyük qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür.
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, bu Park Azərbaycanın böyük qələbəsinin rəmzidir:
“Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən xaric edilib. Onların atıb qaçdıqları silah və sursatları qənimət kimi götürülüb. Bu Park həmişə iki böyük məsələni Azərbaycan xalqına xatırladacaq. Bunlardan biri bizim böyük qələbəmiz, digəri isə ermənilərin xalqımıza, ölkəmizə qarşı törətdiyi cinayətlərdir. Bu cinayətlər bütün beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bu, həm də hərbi cinayətlər deməkdir. Ermənilər xalqımıza qarşı törətdikləri bu cinayətlərə görə cavab verəcəklər”.

ADİP sədrinin sözlərinə görə, Azərbaycanın dağıdılmış, talan edilmiş mədəni sərvətləri üçün də onlar məsuliyyət daşıyırlar: “Ermənilər buna görə də cavab verməli olacaqlar. Hərbi Qənimətlər Parkı bütün dünyaya nümayiş etdirəcək ki, Azərbaycan qüdrətli dövlətdir. Eyni zamanda, bizim müzəffər ordumuz var. Bu Park Azərbaycanın öz torpaqlarının işğalı ilə barışmadığının göstəricisidir. Eləcə də hər zaman qalib gələcəyimizin simvoludur. Bu Parkın yerləşdiyi küçə də Azərbaycanın qələbəsinin adını daşıyacaq. Azərbaycan qüdrətli, müasir və demokratik dövlət kimi bütün dünyaya öz gücünü tanıdacaq. Azərbaycana qarşı revanş barəsində düşünən hər hansı qüvvələr də bilməlidir ki, bizim dəmir yumruğumuz yerindədir”.
Tural Turan
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı







































