Qarabağ
Şuşa yenidən qurulur: Yuxarı Gövhər ağa məscidindən FOTOLAR
Şəhərdə 17 məscidi olan 17 məhəllə, 6 karvansara, türbələr, mədrəsələr və başqa mühüm tikililər mövcud idi. Ancaq bu tarixi abidələrin çoxu erməni işğalı dövründə dağıdılıb.
Publika.az xəbər verir ki, "Qarabağın incisi", "Cənubi Qafqazın konservatoriyası", "Qafqazın mədəniyyət məbədi" adlandırılan Azərbaycanın Şuşa şəhəri tarixi abidələrlə zəngindir. Şəhərdə 17 məscidi olan 17 məhəllə, 6 karvansara, türbələr, mədrəsələr və başqa mühüm tikililər mövcud idi. Ancaq bu tarixi abidələrin çoxu erməni işğalı dövründə dağıdılıb.
Şuşada nisbətən salamat qalmış dini-tarixi abidələrdən biri də Yuxarı Gövhər ağa və ya Cümə məscididir. Məscid zəngin tarixə malikdir və bir neçə mərhələdə inşa olunub.
Məscidin tikintisinə Qarabağ xanı İbrahimin əmri ilə 1768-ci ildə başlanılıb. Ancaq bir qədər sonra bu dini məkanın inşası dayandırılıb. Nəhayət, 1883-cü ildə İbrahim xanın qızı Gövhər ağanın göstərişi və Kərbəlayi Səfi xan Qarabağlının iştirakı ilə məscidin tikintisi başa çatdırılıb.
Bina Qarabağ bölgəsindəki məscidlərə xas memarlıq xüsusiyyətlərinə malikdir. Azərbaycan memarlıq tarixçisi Elturan Avalovun sözlərinə görə, məscid şəhərin tarixi mərkəzində yer alır.
2020-ci ilin noyabrında Şuşa şəhəri işğaldan azad olundu və son 28 ildə ilk dəfə olaraq soydaşlarımız məsciddə namaz qıla bildilər. Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Gövhər ağa məscidinə baş çəkdilər. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş Quran bağışladı.
Təəssüf ki, işğal vaxtı Yuxarı Gövhər ağa məscidi də dağıntılara məruz qalıb, ancaq orada artıq bərpa işləri həyata keçirilməyə başlanılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şuşa şəhərindəki digər mədəniyyət obyektlərini də bərpa etmək niyyətindədir. Nazirlik tərəfindən 120 tarixi-mədəni abidədən ibarət siyahı tərtib olunub. Hazırda nazirliyin əməkdaşları bu tarixi irsin mövcud vəziyyətini və inventarlaşdırılması prosesini həyata keçirirlər. / Sputnik.az
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.webp)
.png)










.jpg)
.jpg)