Qarabağ
Deputat Qarabağda inşa olunan hava limanlarının əhəmiyyətini AÇIQLADI: Zəngəzura və...
İqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad olunan ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq.
Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputat bildirib ki, Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq: "İşğaldan azad olunan ərazilərimizdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli Hava Limanı bu ilin payızında istifadəyə veriləcək. Cənab Prezident İlham Əliyevin iştirakı ilə ötən həftə Zəngilan Hava Limanının təməlqoyma mərasimi keçirildi. Laçında hava limanının inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir. Bizə ən çox müraciət edilən suallardan biri də həmin bölgəmizdə nə üçün 3 hava limanına ehtiyacın olması barədədir. Füzuli Hava Limanı Zəfər Yoluna inteqrasiya olunduğundan, turist səfərlərini asanlaşdıracaq".
.jpg)
Millət vəkilinin sözlərinə görə, Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq: "Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımdan Zəngilanda Hava Limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri demək olar eynidir. Hava limanları uzunluğu 3 km, eni 60 metr olan uçuş-enmə zolağı, 60 min kv. metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarə edilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.
Laçın hava limanı Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımdan vacibdir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır".
Akqabay
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO












.jpg)





.jpg)
















.jpg)


