Qarabağ
Alban-udi dini icmasının nümayəndələrinin Laçına səfəri başladı
Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin növbəti dəfə Laçın rayonuna səfəri başlayıb.
Publika.az xəbər verir ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər. Səfər çərçivəsində icma nümayəndələri rayon ərazisindəki qədim alban məbədi olan “Ağoğlan” monastırını ziyarət edəcəklər.
Bu, qədim Alban kiləsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarətidir. Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun maliyyə dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, "Ağoğlan" məbədi erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. V-VI əsrlərə aid bazilika Ağoğlan çayının sahilində yerləşir. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.
İşğal dövründə ermənilər tərəfindən abidə saxtakarlığa məruz qalıb. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik ediblər.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…



































.jpg)
.jpg)

