Qarabağ
Bu, turizmin inkişafına ciddi təkan verəcək - RƏY
"İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Prezident İlham Əliyevin elan etdiyi strategiya ən müasir, innovativ metodları özündə əks etdirməklə yanaşı, yüksək ekoloji standartlara cavab verir. Bu baxımdan həmin ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiq olunması iqtisadi, sosial, nəqliyyat, mədəni-məişət və bir çox problemlərin həll olunması ilə nəticələnəcək".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, sözügedən layihələr orada məskunlaşacaq insanların komfort həyatını təmin edəcək, turizmin inkişafına ciddi təkan verəcək:

"Turizm sahəsində dünyada gedən tendensiya ondan ibarətdir ki, insanlar kənd turizminə, ekoturizmə, orqanik, təbii qidalara üstünlük verir. Təbiətlə harmoniyada olmağa çalışırlar. Qarabağın iqlimi, su resursları, keyfiyyətli torpağı insan orqanizmi üçün xeyirli məhsulların istehsal olunmasına imkan verir. Üstəlik, termal, müalicəvi suların mövcudluğu, tarixi abidələrin bərpası da turizmin inkişafını şərtləndirən amillərdəndir".
Millət vəkili qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə Milli Məclisdə “Alternativ və bərpa olunan enerji barədə" qanun layihəsi müzakirə olunur:
"Qanun qəbul olunandan və icrası təmin olunduqdan sonra işğaldan azad olunmuş şəhər və kəndlər yaşayış keyfiyyətlərinə görə ən yüksək tələblərə cavab verəcək. Digər tərəfdən, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiq olunmasının siyasi əhəmiyyətini də qeyd etmək yerinə düşər. Ermənilərin 30 il ərzində o bölgələri vəhşicəsinə dağıtdıqları əraziləri cənnətə çevirməklə kimin kim olduğunu dünyaya sübut etmək imkanımız olacaq".
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
