Qarabağ
Koçaryan kütləni aldatmaq üçün belə danışır - Deputat
Bu gün Koçaryanın seçki kampaniyasında müəyyən qədər üstünlüyə malik olmasının səbəbi özü deyil, ona şimaldan dəstək olunur. Koçaryan öz çıxışlarında bildirib ki, guya itirdikləri torpaqların bir hissəsini qaytaracaq və ordularını gücləndirəcəklər. Ancaq bunlar seçki kampaniyasında verilən boş vədlərdir, kütləni aldatmaq üçün səsləndirilən fikirlərdir.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, Robert Koçaryan əvvəldən siyasi arenada olub: “Hətta 1988-ci ildə Xankəndidə Qarabağ ipək kombinatının partiya təşkilatının katibi olub. Ancaq o, gizlin olaraq SSRİ xüsusi xidmət orqanlarının əməkdaşı kimi xidmət edib, Moskvanın agenti olub. Paşinyana nisbətən o, hiyləgər siyasətçidir. Koçaryan seçki ərəfəsində məğlub olmuş xalqını həvəsləndirmək üçün müharibə şüarları səsləndirir. Çıxışlarında səsləndirdiyi sözləri heç vaxt həyata keçirə bilməyəcək. Çünki Ermənistanın müharibəyə başlamaq üçün heç bir imkanı yoxdur”.
Elman Məmmədov deyib ki, bu gün Azərbaycan ərazisində 1991-ci ilin payızında cinayətkarlar tərəfindən yaradılmış, heç kəs tərəfindən tanınmayan separatçı qurum hələ ki, fəaliyyət göstərir: “Həmin separatçı şəxslər özlərini Azərbaycan ərazisində rəsmi qrup kimi qələmə verirlər. Şəxsən mən istəyirəm ki, anti-terror əməliyyatı keçirilsin. Təbii ki, daha doğrusunu dövlət başçımız bilir. Ancaq bir Xocalı sakini, vətəndaşı kimi istəyirəm ki, bu əməliyyat keçirilsin və bütün ərazilərimizdə bayrağımız dalğalansın.
Problemin həllini Rusiya sülhməramlıları öhdəliyinə götürüb. 7 aydan çoxdur ki, həmin cinayətkar dəstələr ərazilərimizdən təmizlənməyib. Rusiya sülhməramlılarının yardımı ilə onların bütün təminatları gəlir. Azərbaycan yaxın zamanlarda həmin məsələni həll etmək üçün ciddi tədbirlər görəcək”.
Rahib Ələsgərli
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO













.jpg)





.jpg)















.jpg)


