Qarabağ
Rus sülhməramlıları Qarabağda DÖYÜŞ HAZIRLIĞINA BAŞLADI
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingenti bölgədə döyüş hazırlığı təlimlərinə başlayıblar.
Publika.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin bugünkü məlumatında bildirilib. Rusiya sülhməramlı kontingentinin hərbçiləri təlimlər zamanı Qarabağdakı müşahidə məntəqələrində təhlükəsizlik tapşırıqlarını yerinə yetiriblər. Bu təlimlərə müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq kimi vəzifələr də daxil edilib.
Rusiya sülhməramlı kontingentinin hərbçisi İvan Zolotarev təlimlər barədə danışarkən "biz hardayıqsa, orda sülh var!" deyə qürrələnib.
Bildirib ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulmuş xüsusi istehkamlarla təchiz edilib.
Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan döv başçılarının 10 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Qarabağa 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika daxil olmaqla Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 6 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı









.jpg)




























