Qarabağ
Müharibənin taleyinin həll olunmasında onların rolu misilsizdir - Polkovnik
Birinci Qarabağ müharibəsinin dayandığı gündən – 1994-cü il mayın 12-dən Azərbaycan Silahlı Qüvvələri döyüşə hazırlaşırdı. Hər kəsə bəlli idi ki, üzərimizə düşən əsas vəzifə torpaqları işğaldan azad etməkdir və bunun üçün orduda hazırlıq gedirdi. İllərlə müxtəlif hərbi təlimlərdə müxtəlif döyüş əməliyyatları işlənmişdi. Odur ki, döyüş əməliyyatlarını praktiki cəhətdən təlimlərdə dəfələrlə sınaqdan keçirmək imkanımız olmuşdu. Sadəcə onu döyüş şəraitində tətbiq etmək qalmışdı. Bu da 27 sentyabra təsadüf etdi.
Bu sözləri Publika.az-a açıqlamasında polkovnik, hərbi jurnalist Üzeyir Cəfərov deyib. Ekspert bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin apardığı döyüşlər ilk günlərdən uğurlu oldu:
“İlk döyüşlərdə 4 kəndimiz azad olundu. Bundan sonra uğurların davamı gəldi, Azərbaycan Ordusu bir gün belə geri çəkilmədi, yalnız irəlilədi. Azərbaycan əsgəri bilirdi ki, öz torpağı uğrunda döyüşür, düşmənin üzərinə gedir. Bu missiyanı onlar ilk dəqiqələrdən şərəflə yerinə yetirdilər”.
Ü.Cəfərov qeyd edib ki, qısa müddət ərzində qələbə qazanılmasında və müharibənin taleyinin həll olunmasında xüsusi təyinatlıların rolu misilsizdir:
“Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlıların komandiri Hikmət Mirzəyevə general hərbi rütbəsini verdi. Xüsusi təyinatlı qüvvələr general Hikmət Mirzəyevin başçılığı altında çox böyük şücaət göstərdi. Orada təkcə Müdafiə Nazirliyinin deyil, Dövlət Sərhəd Xidmətinin, Hərbi Dəniz Qüvvələrinin, Daxili Qoşunların da xüsusi təyinatlıları var idi. Sirr deyil ki, xüsusi təyinatlıların həm əsgəri, həm çavuşu, həm də giziri və bir çox yüksək rütbəli zabiti şəhid oldu. İlk dəqiqələrdən yaxşı nəticələr göstərdilər, çətinliklərə baxmayaraq, qısa müddətdə verilən tapşırığı uğurla yerinə yetirməyə başladılar”.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


