Qarabağ
Prezident erməniləri qorxuya saldı: yüzlərlə tank, minlərlə düşmən əsgəri məhv edildi - VİDEO
2020-ci il noyabrın 10-da Azərbaycan 30 ildir dəyişdirilməsinə imkan verilməyən məğlubiyyət pasportunu Ermənistana əbədi təhvil verdi. Buna qədər tarixin dərinliklərindən süzülüb gələn tolerant, çoxmillətli Odlar Yurdu 44 günlük ildırımsürətli yol qət etdi. Nəbzi dəmir yumruğunda döyünən bu tolerant xalq öz Ali Baş Komandanının və müzəffər ordusunun ətrafında sıx birləşərək mono-etnik vandal, barbar qəbilə sürüsünə - ermənilərə qalib gəldi.
27 sentyabr – 30 illik həsrətin sonu...
Hər şey Müdafiə Nazirliyinin sentabrın 27-i səhər saatlarında düşmənin təxribatlarına cavab olaraq ordumuzun əks-hücum əməliyyatlarına başlaması ilə bağlı açıqlamasından sonra başladı. Prezident dərhal Təhlükəsizlik Şurasının üzvlərini topladı və iclas keçirdi. Ölkə başçısı bildirdi ki, düşmənin ordumuza və mülki əhalimizə qarşı genişmiqyaslı hücum etməsi barədə məlumatı alan kimi dərhal əks-hücum əməliyyatı ilə bağlı göstəriş verib:
“Bu göstərişlər əsasında Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Ermənistanın hərbi təxribatı planlaşdırılmış hərbi təxribatdır və onlar uzun müddətdir ki, bu təxribata hazırlaşırdılar”.
Elə həmin tədbirdə Müdafiə naziri Zakir Həsənov orudumuzun ilk müjdəsini Ali Baş Komandana məruzə etdi. Xalq da bu məruzəni 30 il idi ki, gözləyirdi: “Füzuli və Cəbrayıl rayonlarının Qaraxanbəyli, Nüzgər, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, kənd Horadiz, Qərvənd kəndləri azad edilib”.
Xalq və ölkə mediası bu şad xəbərin qoxusunu alan kimi səfərbər oldu. Vətən savaşının ilk günündən etibarən hər kəs həm arxa, həm də informasiya cəbhəsində döyüşərək ön xətdəki hərbçilərimizin qələbələrinə öz töhfələrini verməyə başladı.
Elə həmin gün – 27 sentyabrda Azərbaycan Respublikasında hərbi vəziyyət elan edildi.
Ölkə başçısı Azərbaycan xalqına müraciət edərək bizim haqlı, Ermənistanın isə təcavüzkar müharibə apardığını, düşmənin niyyətinin yeni ərazilər olduğunu vurğuladı.
Elə həmin gün 27 ildən sonra ilk dəfə Murovdağ yüksəkliyinə Azərbaycan bayrağı sancıldı.
Düşmənin məğlubedilməz ordu mifi yerlə-yeksan edildi. Azərbaycan xalqı öz ordusunun və Ali Baş Komandanın ətrafında sıx birləşdi.
29 sentyabr
Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutuldu. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüldü və düşmən həmin istiqamətdə susduruldu.
Azərbaycan əhalisi elə həmin gün hər rayon üzrə səfərbərlik idarələrinə axışdı. Könüllülərdən ibarət ilk dəstələr cəbhəyə yola düşdü. Xalq toy-bayramla öz övladlarını döyüşə göndərdi. Elə həmin gün bir nənənin cəbhədə xidmət edən nəvəsinə müraciəti yayıldı: “Sən idmançısan, sən canavarsan, ermənilərin belini qır, gəl. Başqası iki-üçünü öldürəndə sən beşini öldür”. Bu, Azərbaycan xalqının qadını və kişisiylə bütün dünyaya “aslanın erkəyi-dişisi olmaz” məsəlini özlərinin timsalında sübutu idi. Düşmən isə Azərbaycan Ordusunun hücuma keçərkən “Allahu əkbər” sədalarından qorxaraq postları qoyub qaçırdı. Özü də dabanlarına tüpürərək “yoxa çıxırdılar”.
2 oktyabr 2020-ci il
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Saat 00:00-dan 07:00-dək Ermənistan ordusunun 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edildi. Elə həmin gün saat 17:50 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əsgi parçasının göyə sovrulmasının, eləcə də tanklarının məhv edilməsinin videogörüntülərini yaydı.
3 oktyabr 2020-ci il... Günorta saatları...
Ölkə başçısı cəbhənin şimal istiqamətində ordumuzun uğurlu hərbi əməliyyatla Madagiz yaşayış məntəqəsini düşməndən azad etdiyini özünün “Twitter” səhifəsində elan etdi. Ardınca Prezident sərəncam imzaladı və Madagizin tarixi adını –“Suqovuşan”ı özünə qaytardı.
İlk dəfə olaraq Suqovuşanın şərəfinə Bakı küçələrində avtomobillərdən siqnal səsləri eşidildi. Xalq sevincini eyvanlardan bölüşməyə başladı. Müharibəyə qədər ən çox eşidilən söz “status-kvo” və “Azərbaycanın səbr kasası” idi. Hər ikisinin sonu gəlmişdi. Status-kvo Prezidentin təbirincə desək, gorbagor olmağa başlamışdı, səbr kasamız isə hələ ayın 27-dən daşmışdı.
4 oktyabr 2020-ci il... “İti qovan kimi...” ifadəsi dünyaya gəldi...
Saat 09:00 radələrində Ermənistan ordusu Tərtər şəhərinə və Horadiz yaşayış məntəqəsinə raket zərbələri endirdi. Ermənistan ordusu Xankəndi şəhərindən şimalda - Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmağa başladı. Saat 10:50 radələrində Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini atəşə tutdu. Saat 11:40 radələrində şəhərə daha dörd yeni raket atıldı.
Saat 18:00 radələrində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağının sancıldığı xəbəri verildi. Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürüldü.
Ardınca Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi. Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad və Horovlu kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Saat 22:00 radələrində Ermənistan silahlı qüvvələrinin Mingəçevir şəhərinə raket hücumu etdiyi bildirildi.
Bu gün Prezidentin Vətən müharibəsindəki ən gözəl və məşhur qələbə aforizmlərindən biri doğulur: “Onları iti qovan kimi qovuruq...” Sonradan ölkəmiz elə bu adda dron istehsalına başladı: “İTİQOVAN”... Düşmən isə it kimi ulaya-ulaya sağ əlləri ilə Bozqurd işarəsi tutan Azərbaycan əsgərlərinin qarşısından qaçmağa davam etdi. Həmin gün Gəncə sakininin bir ifadəsi də məşhurlaşdı: “Biz düşməndən qorxmuyoruz, “nabarod” qızışıyoruz”...
6 oktyabr
Ermənistan Milli Məclisinin birinci vitse-spikeri Vahe Enfiacyan özünün “Facebook” səhifəsində “Dəhşət” ləqəbli polkovnik-leytenant Artur Qalstyanın öldüyünü bildirdi. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, ordumuzun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edildi.
Düşmən əsgərlərini qaçmaması üçün postlara zəncirləsə də, itlərinin məğlubiyyətinin qarşısını ala bilmirdi. Ordumuz səngərdən-səngərə şığıyırdı. Özü də qazilərimiz demiş, erməni videokameralarının müşahidəsi altında döyüşərək, elə düşmən leşlərini səngərlərinə suvenir kimi düzərək. Hər səngərə 30 ildir o ocaq yerləri üçün qəribsəyən şanlı Azərbaycan bayrağı sancılırdı.
7 oktyabr
Azərbaycan Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqladı. Saat 10 radələrində Azərbaycan tərəfinin verdiyi məlumata görə, ordumuz Cəbrayıl rayonu istiqamətində tam üstünlüyü ələ keçirdi. Həmçinin işğaldan azad olunmuş Şükürbəyli kəndindən yeni videogörüntülər yayımlandı.
8 oktyabr
Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Oğuz rayonunun Xaçmaz kəndi sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edildi. Saat 11:30 radələrində Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutdu. Ermənistan mətbuatının verdiyi məlumata əsasən, Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən biri olan Yervand Qaciyan məhv edildi.
Saat 12:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayımladı.
9 oktyabr – ilk dəfə “Nooldu Paşinyan?” doğulur...
Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirildi. Daha sonra dövlət televiziyası Ali Baş Komandanın növbəti müjdəsini yayımladı. Prezident İlham Əliyev xalqa müraciətində Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndi, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Elə həmin günkü müraciətdə sonrakı dövrlərin ən məşhur ifadəsi doğuldu:
“Bəs Cəbrayıla yol çəkirdin? Nooldu, Paşinyan?”
Sonradan bu ifadə Azərbaycanda böyükdən-kiçiyə hər kəsin dilində zərb-məsələ çevrildi. Hətta ermənilər də etiraf edirlər ki, azərbaycanlılar onların ali baş komandanlarını kuklaya döndəriblər, ortalığa salıb oynadırlar... Prezidentin bu zərb məsəli onu dinləyən erməniləri də vahiməyə saldı. Elə əsgərlərimizin səsini ana laylası adlandırdığı “Harop”un, “Bayraqdar”ın səsi kimi...
Prezident 27 sentyabr tarixindən 9 oktyabra qədər Ermənistan ordusuna məxsus 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21 “Qrad”, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i 2S3 “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadanın döyüş maşını, 24 artilleriya batareyası, 2 “REM” və ya hava hücumundan müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 “Osa” zenit raket kompeksi, 2 “Kub” zenit raket kompeksi, 4 “Repelent” radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 ədəd “TOS 1a” odsaçan sursatı, 2 ədəd radiolokasiya stansiyası və 1 “Kalçuqa” anteninin məhv edildiyini bəyan etdi.
Ölkə başçısı qeyd etdi ki, həmçinin 18 tank, 4 top, 22 piyadanın döyüş maşını, 12 minaatan, 4 “UAZ” maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 “ZİL” maşını, 9 “QAZ” maşını hərbi qənimət kimi ələ keçirilib.
Sonradan düşmən bildirdi ki, Hadrut əməliyyatları ilə Ermənistan ordusunun onurğa sütunu qırılır. Ermənilər Hadrut istiqamətindən hücum gözləmədiyindən ordumuzun “bir gecə ansızın gelebiliriz” ifadəsi öz təsdiqini tapdı. Düşmən ordumuzun atəş zərbəsi altında məğlubiyyətin “göbək rəqsi”ni oynaya-oynaya silahlarını, avtomobillərini ataraq qaçdı. Türkün dəmir yumruğunu görən erməni dığaları ard-arda nakaut zərbələri aldı. Artilleriyaçılarımız isə topları düşmənin dərinliyindəki “uzaq doqquzluğa” fırlatdılar və hədəflərini yerindəcə məhv etdilər.
10 noyabr
10 oktyabr gecə saatlarında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın Moskvada baş tutan 10 saatlıq danışıqlardan sonra Dağlıq Qarabağda atəşkəs barədə razılığa gəldiyini və tərəflərin bundan sonra “maddi” danışıqlara başlayacağını bildirdi. Saat 08:00-dan etibarən isə hərbi əməliyyatlar dayandırılacaq, əsir və ölülərin mübadiləsi təmin ediləcəkdi. Amma atəşkəs cəmi 2 dəqiqə çəkdi.
Səhər saatlarınadək Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edildi.
13 oktyabr
Döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edildi. 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salındı. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edildi. Döyüş əməliyyatları zamanı tanınmış erməni terrorçu, “Körpə” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirildi. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin görüntüsünü ilk dəfə yayımladı.
Bu müharibə bizim üçün Vətən müharibəsi idi. İkinci Qarabağ savaşı dönəmində xalq-iqtidar-ordu birliyi ən yüksək səviyyədə özünü göstərdi. Digər siyasi partiyalar da milli məsələdə həmrəylik nümayiş etdirdilər. Bu, çox qürurveric haldır. Birinci planda olan məsələ Azərbaycanın ərazi bütövlüyünün bərpası, düşmənin torpaqlarımızdan qovulması idi. Cənab Ali Baş Komandan da keçirdiyi bütün tədbirlərdə hər zaman qeyd edirdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, torpaqlarımız işğaldan azad ediləcək. Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan tarixi Zəfərə imza atdı.
14 oktyabr
Prezident İlham Əliyev Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndlərinin Azərbaycan qoşunları tərəfindən azad olunduğunu elan etdi.
15 oktyabr
Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına ağır artilleriyadan intensiv atəş açması nəticəsində 4 mülki şəxs həlak oldu, 4 nəfər isə ağır yaralandı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” başlıqlı paylaşım etdi.
16 oktyabr
27 ildən sonra azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı və Mahmudlu sərhəd zastavalarında Dövlət Sərhəd Xidmətinin Qoşunları tərəfindən xidməti-döyüş fəaliyyətinə başlanılır.
17 oktyabr
Oktyabrın 16-dan 17-nə keçən gecə Gəncənin yaşayış sahələri yenidən iki raket hücumuna məruz qaldı.
Gəncə şəhərinin atəşə tutulması zamanı 20 ev dağıdıldı. 13 nəfər (o cümlədən 2 uşaq) şəhid oldu və 40-dan çox dinc sakin yaralandı.
Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqladı.
18 oktyabr
Azərbaycan Ordusu işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərinə Azərbaycan bayrağını sancdı.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətinə düşdü.
19 oktyabr
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
20 oktyabr – “Zəngilan bizimdir!”
Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan oldu. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirildi.
VİDEO: Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərini, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri[506], Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqladı.
VİDEO: Prezident bildirdi ki, 27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 241 tank, 50 ədəd piyadanın döyüş maşını, 17 ədəd özüyeriyən artilleriya qurğusu, 198 ədəd müxtəlif çaplı toplar, 58 minaatan, 2 ədəd “Uraqan” sistemi, 1 ədəd “TOS 1a” odsaçan sursatı, 53 ədəd tank əleyhinə raket sistemləri, 2 ədəd “Elbrus” əməliyyat-taktiki raket kompeksi, 1 ədəd “Toçka-U”, 4 ədəd “S-300” kompleksi, 40 ədəd “Osa” zenit raket kompeksi, 3 ədəd “Tor” zenit-raket kompleksi, 5 ədəd “Kruq” və “Kub” zenit raket kompleksləri, 8 ədəd radioelektron mübarizə sistemləri, 198 ədəd yük avtobili məhv edilib. 39 tank, 24 ədəd piyadanın döyüş maşını, 12 minaatan, 25 qumbaraatan, 102 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirildi.
Saat 16 radələrində işğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağının dalğalandığını göstərən videogörüntü yayımlandı.
21 oktyabr
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Turabad, Baharlı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
22 oktyabr
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Ağbənd qəsəbəsi, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin işğaldan tam azad olunduğunu bəyan etdi.
23 oktyabr
Prizident İlham Əliyev özünün “Twitter” səhifəsində Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli və Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndlərini işğaldan tam azad edildiyini açıqladı.
25 oktyabr – Qubadlı bizimdir!
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bəzi kəndlərinin, həmçinin Qubadlı şəhərinin işğaldan tam azad edildiyini açıqladı.
26 oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində ordumuz tərəfindən Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd; Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər; Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhərinin azad olunduğunu bəyan etdi.
30 oktyabr
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
2 noyabr
Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə nazirinin müavini Artur Sarkisyanın ölümü ilə bağlı məlumat yayıldı.
3 noyabr
Xankəndi yaxınlığında düşmənin iki sursat anbarı, Zəngilan istiqamətində isə kəşfiyyat-diversiya qrupu məhv edildi. Ermənistan silahlı qüvvələri Füzuli şəhərini və ətraf kəndlərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutdu.
4 noyabr
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri, Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
7 noyabr
Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qacar, Divanlılar, Qorqan, Üçüncü Mahmudlu, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac, Xocavənd rayonunu Ataqut, Tsakuri, Xocalı rayonunun Moşxmaat, Qarabulaq, Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilan rayonunun Beşdəli kəndi işğaldan azad edildi.
8 noyabr – “Əziz Şuşa, biz qayıtmışıq”
Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Şuşa şəhəri işğaldan azad olundu. Bunu Prezident İlham Əliyev xalqa müraciətində bəyan etdi.
9 noyabr - 21-ci əsrin ilk, döyünən qızıl hərfli DƏMİR YUMRUĞU
Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu Ələsgərli, Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilan rayonunun Keçikli, Ördəkli kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
Ölkə başçısı axşamüstü isə özünün “Twitter” səhifəsində Xocavənd rayonunun Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağaverd, Böyük Tağaverd, Zərdanaşen, Şexer, Xocalı rayonunun Şuşakənd, Muxtar, Daşaltı, Füzuli rayonunun Aşağı Güzdək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilan rayonunun Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayıl rayonunun Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlı rayonunun Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçın rayonunun Güləbird, Səfiyan, Türklər kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.
10 noyabr Ermənistanın kapitulyasiyası elan edildi. Tarixə 10 noyabr üçtərəfli bəyanatı kimi düşən sənəddə qeyd olunurdu ki, Ermənistan tərəfi 15 dekabrda Kəlbəcəri (10 gün gecikir), 20 noyabrda Ağdamı, 1 dekabrda Laçını bir güllə atılmadan geri qaytarmalıdır və qaytarır. Xalq gecə bu xəbəri eşidən kimi küçələrə axışdı. Şanlı qələbəmizi qeyd etdi.
44 günlük müharibə Azərbaycan xalqının şanlı zəfər dastanıdır. İndi dünya ölkələrinin araşdırma institutları Füzuli, Şuşa, Hadrut əməliyyatlarını araşdırır. Öyrənir və Azərbaycan Ordusunun qüdrətini tərifləyir. Bu Zəfər 21-ci yüzilliyin beşinci nəsil müharibəsinin başlanğıcı, tank və qırıcı döyüşlərinin sonu idi.
Bunu isə zəkası və biləyi ilə Azərbaycan övladları yazdılar. Həmin dəmir yumruq canlı idi: nəfəs alırdı, nəbzi döyünürdü.
Həmin dəmir yumruq dönüş idi: Xalq yurduna, qələbə yuvasına, döyüş zəkası yenidən türklərə qayıdırdı.
Bir sözlə, talışı, ləzgisi, saxuru, kürdü, avarı, türkü ilə nəbzi yumruğunda döyünən xalq ayaq üstə yeriyən qəbirə bənzəyən vandal və mono-etnik qəbilənin fantastik xülyalarını torpağın altına ƏBƏDİ GÖMDÜ!!!
Tural Turan
Səs: Sevinc Xanqızı
Montaj: Ramazan Vəliyev
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var