Savaşın 18-ci günü: Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ
Bizi izləyin

Qarabağ

Savaşın 18-ci günü: Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

14 oktyabr 2020-ci il. Müharibənin 18-ci günü...

Saat - 02:42 - “France 24” telekanalı Gəncənin atəşə tutulmasına dair süjet hazırladı

Saat - 03:13 - Azərbaycanın mülki əhalisini hədəfə almış hərbi hədəflər MƏHV EDİLDİ

Ötən ilin bu günü saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olundu. Müdafiə Nazirliyindən bildirildi ki, Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib.

Saat - 09:00 - Düşmən darmadağın edildi

Ötən ilin bu günü oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalırdı. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etdi və görülən tədbirlər nəticəsində itki verərək geri oturduldu. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edildi. Səhər saatlarından başlayaraq isə Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutuldu, ordumuz tərəfindən adekvat tədbirlər görüldü.

Saat - 09:34 - Ermənistan Tərtəri atəşə tutdu - Mülki şəxs həlak oldu

14.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmənin Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində saat 09 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu həlak oldu.

Saat - 09:50 - Polad Həşimovun qatili olan erməni hərbçi Ruben Sanamyan məhv edildi

Saat - 10:05 - 3 ölkədən QARABAĞ AÇIQLAMASI

Ötən ilin bu günü Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Dağlıq Qarabağla bağlı birgə bəyanat yaydı.

Saat - 10:39 - “France 24” Gəncədən reportaj yayımladı

Saat - 10:46 - Ermənistan jurnalistləri atəşə tutdu, xəsarət alan oldu

2020-ci ilin bu günü AzTV-nin cəbhə bölgəsində olan çəkiliş qrupu Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Telekanalın çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına mərmilər atıldı. Nəticədə AzTV-nin sürücüsü Namiq Qəmbərov yaralandı.

Saat - 11:57 - Ermənilər yenidən dinc sakinləri atəşə tutdu - Vəzifəli şəxslər yaralandı

14.10.2020-ci il tarixdə saat 10 radələrində Tərtər rayonu ərazisində kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1971-ci il təvəllüdlü Zeynalov Ramiz Surxay oğlu, Əsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1966-cı il təvəllüdlü Əhmədov Kamran Vəliyəddin oğlu, kənd sakinləri 1976-cı il təvəllüdlü Əliyev Mətləb Cəmşid oğlu, 1987-ci il təvəllüdlü Əhmədov Xəyyam Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü İbrahimov İlqar İbrahim oğlu, 1996-cı il təvəllüdlü Ağazadə Firdovsi Alim oğlu və 1960-cı il təvəllüdlü Süleymanov Ağa Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi.

Saat - 12:06 - İlham Əliyev “Habertürk”ə müsahibə verdi

Müsahibəni buradan izləyə bilərsiniz.

Saat - 12:53 - Ermənilər Ağdamda evə mərmi atdı, xəsarət alan oldu

2020-ci ilin bu günü saat 12 radələrində Ağdam rayonu, Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1964-cü il təvəllüdlü Soltanov Saleh Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Saat - 13:51 - Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

2020-ci il oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edildi.

Saat - 14:17 - İlham Əliyev ŞAD XƏBƏRİ ELAN ETDİ

“Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad etmişdir və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”. Ötən ilin bu günü bunu Prezident İlham Əliyev Türkiyənin “Habertürk” televiziya kanalına müsahibəsində bildirdi.

Saat - 15:16 - Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışdı - QARABAĞ MÜZAKİRƏSİ

Saat - 15:43 - Ordumuz Füzuli və Xocavəndin bu ərazilərini işğaldan AZAD ETDİ

Saat - 16:24 - Hərbi attaşelərin iştirakı ilə brifinq keçirildi

Saat - 16:48 - Bayramovla Lavrov arasında Qarabağ müzakirəsi baş tutdu

Saat - 17:33 - Müdafiə Nazirliyi məhv edilən raketlərin görüntülərini yaydı

Saat - 21:00 - Şuşadakı ermənilərin 80 faizi QAÇDI

Saat - 21:11 - Ərdoğan Putinlə Qarabağı MÜZAKİRƏ ETDİ

Saat - 21:46 - İşğaldan azad edilən Cəbrayıl şəhərinin görüntüləri yayıldı

Saat - 23:31 - Ordumuzun məhv etdiyi erməni hərbçilərinin sayı 600-ə çatdı

Saat - 23:49 - 14.10.2020-ci il tarixinə qədər işğaldan azad olunmuş ərazilərin siyahısı paylaşıldı

14.10.20 Qarabağlı kəndi (Füzuli)

14.10.20 Xatunbulaq kəndi (Füzuli)

14.10.20 Qarakollu kəndi (Füzuli)

14.10.20 Bulutan kəndi (Xocavənd)

14.10.20 Məlikcanlı kəndi (Xocavənd)

14.10.20 Kəmərtük kəndi (Xocavənd)

14.10.20 Təkə kəndi (Xocavənd)

14.10.20 Tağaser kəndi (Xocavənd)

09.10.20 Hadrut qəsəbəsi (Xocavənd)

09.10.20 Yuxarı Güzlək kəndi (Füzuli)

09.10.20 Çaylı kəndi (Tərtər)

09.10.20 Gorazıllı kəndi (Füzuli)

09.10.20 Qışlaq kəndi (Cəbrayıl)

09.10.20 Qaracallı kəndi (Cəbrayıl)

09.10.20 Əfəndilər kəndi (Cəbrayıl)

09.10.20 Süleymanlı kəndi (Cəbrayıl)

09.10.20 Sur kəndi (Xocavənd)

05.10.20 Şıxəli Ağalı kəndi (Cəbrayıl)

05.10.20 Sarıcalı kəndi (Cəbrayıl)

05.10.20 Mərzə kəndi (Cəbrayıl)

05.10.20 Bir neçə strateji yüksəklik

04.10.20 Cəbrayıl şəhəri

04.10.20 Daşkəsən kəndi (Cəbrayıl)

04.10.20 Decal kəndi (Cəbrayıl)

04.10.20 Karxulu kəndi (Cəbrayıl)

04.10.20 Şükürbəyli kəndi (Cəbrayıl)

04.10.20 Çərəkən kəndi (Cəbrayıl)

04.10.20 Horovlu kəndi (Cəbrayıl)

04.10.20 Mahmudlu kəndi (Cəbrayıl)

04.10.20 Cəfərabad kəndi (Cəbrayıl)

04.10.20 Yuxarı Maralyan (Cəbrayıl)

03.10.20 Suqovuşan (Ağdərə)

03.10.20 Talış kəndi (Tərtər)

03.10.20 Mehdili kəndi (Cəbrayıl)

03.10.20 Çaxırlı kəndi (Cəbrayıl)

03.10.20 Aşağı Maralyan (Cəbrayıl)

03.10.20 Şəybən kəndi (Cəbrayıl)

03.10.20 Quycaq kəndi (Cəbrayıl)

27.09.20 Qaraxanbəyli (Füzuli)

27.09.20 Qərvənd kəndi (Füzuli)

27.09.20 Kənd Horadiz (Füzuli)

27.09.20 Aşağı Əbdülrəhmanlı (Füzuli)

27.09.20 Yuxarı Əbdülrəhmanlı (Füzuli)

27.09.20 Böyük Mərcanlı (Cəbrayıl)

27.09.20 Nüzgar kəndi (Cəbrayıl)

27.09.20 Murovdağ zirvəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm