Qarabağ
Ermənistanın hərbi cinayətləri Hindistan mediasında ilk dəfə işıqlandırıldı
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyevin ötən ilin bu günlərində ermənilərin Gəncə, Bərdə və Tərtərin mülki əhalisini raket atəşinə tutub bombalaması hadisəsi ilə bağlı yazısı bu dəfə Hindistanın nüfuzlu Muslimmirror.com saytında dərc olunub.
Publika.az xəbər verir ki, "Qarabağ müharibəsindən bir il sonra: Erməni hərbi cinayətləri hələ də cəzasız qalıb" başlıqlı yazıda müəllif qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törədib.
C. Şahverdiyev Hindistan ictimaiyyətinə Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və Tərtərin mülki əhalisini bombalaması, onlarla mülki insanın öldürülməsi, yüzlərlə insanın yaralanması, dağıntıları xatırladıb.
Qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinin dünya ictimaiyyəti, super güclər, beynəlxalq təşkilatlar tərəfindən bu vaxtadək qınanılmaması, işğalçıya qarşı heç bir cəza tədbiri görülməməsi ədalətsizlikdir.
Yazının tam mətni aşağıdakı linkdə:
https://muslimmirror.com/eng/a-year-after-karabakh-war-armenian-war-crimes-are-still-unpunished/
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
