Qarabağ
Keçmiş səfir erməniləri belə ifşa etdi
Azərbaycanın Macarıstandakı keçmiş səfiri, professor Vilayət Quliyev bildirib ki, İkinci Qarabağ savaşındakı qələbəmiz ermənilərin indiyə qədər özlərinin Qərbə lazımlılıqlarını sübuta yetirmək üçün illər boyu səxavətlə istimar etdikləri iki böyük yalanı puça çıxardı.
Publika.az xəbər verir ki, sabiq səfir ermənilərin iki böyük yalanını belə ifşa edib:
a) guya ermənilər bu coğrafiyada xristianlığın sonuncu qalası, islam fundamentalizminin qarşısını kəsən yeganə qüvvədir. Əgər onlar olmasa, türklər yenidən Vyananı mühasirəyə alacaq, qazlar isə Roma legionerlərini yuxudan oyatmağa məcbur qalacaqlar. Rusiya forpostunun bu gülünc iddiası indi hətta Rusiyanın özündə də istehza ilə qarşılanır.
b) guya ermənilər xristianlıq nuru ilə işıqlanmış mədəni xalq, azərbaycanlılar isə sivilizasiyadan bixəbər "köçərilərdir". "Mədəni xalqın" özündən sonra ucsuz-bucaqsız xarabazarlıqlar buraxması, Allah evində donuz saxlaması, goreşən kimi qəbirləri uçurub dağıtması, "köçəri xalqın" isə "beşinci nəsil" müharibə apararaq erməni ordusunu sarsıdıcı məğlubiyyətə uğratması, 10 ay ərzində bütün tələblərə cavab verən modern aeroport tikməsi, dünyanın diqqət mərkəzində dayanan layihələrin icrasına start verməsi, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlaması kimin mədəni, kimin isə barbar və vandal olduğunu hətta bunu görmək istəməyənlərə də göstərdi.
Ermənilərin türk xalqlarına qarşı çevrilən ən gülünc iddialarından biri də onların köçəri həyat tərzi keçirməsi və mədəniyyətdən uzaq qalmalarıdır. Lev Qumilyov tarixi bestsellerə çevrilmiş "Qədim türklər" kitabında iddianın əsassızlığını göstərərək yazır:
"Çin şairi orta səviyyəli köçərinin yaşadığı adi bir yurtu təsvir etmişdi. Xan yurtu isə hətta Vlaxeri sarayının dəbdəbəli salonlarını görmüş Menandr Protektoru – Bizans imperatorunun əsilzadəsini də heyrətləndirmişdi. O, içərisində qızıl taxt-tac olan çadırın təsvirini vermişdi – çadır elə yüngül imiş ki, onu bir at da apara bilərmiş. İkinci çadır içəridən başdan-başa ipək parçalarla örtülübmüş, üçüncü çadırda isə qızıl suyuna çəkilmiş sütunlar və üzərində xanın taxtını saxlayan qızıl tovuzquşu fiqurları varmış. Bütün bu zəngin zinət şeyləri müasir dövrə gəlib çata bilməzdi – ağac və xəz çürümüş, qızılla gümüş təzədən əridilmiş, silah isə paslanıb dəmir tozuna çevrilmişdi. Lakin yazılı mənbələr əsrlər arxasında türklərin qədim mədəniyyəti ilə bağlı məlumat hifz edib. Bu mənbələr azsaylı arxitektura tapıntılarından daha qiymətlidir".
Yeri gəlmişkən, Bizans tarixçisi və diplomatı Menandr Protektor türk yazısı haqda məlumat verən ilk avropalı müəllifdir.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































