Qarabağ
Şuşada dəyirmi masa keçirildi - FOTO
Noyabrın 13-də Şuşada Rusiyanın tanınmış ekspert və elm adamlarının iştirakı ilə “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının təmsilçiləri və Milli Məclisin deputatları da iştirak ediblər.
Əvvəlcə qonaqlar Qarabağın "hava qapısı" adlandırılan Füzulidə yeni istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Burada qonaqlara məlumat verilib ki, bu hava limanı Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə tikilən 3 aeroportdan birincisidir. Beynəlxalq aeroport Prezident İlham Əliyevin göstərişinə əsasən səkkiz ay müddətinə inşa edilib.
Sonra qonaqlar İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Zəfər yolu ilə tanış olublar. Məlumat verilib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu çətin relyef şəraitində məhz bu yolla irəliləyərək Şuşa şəhərini işğaldan azad edib.
Daha sonra Şuşa şəhərinə gələn qonaqlar burada dəyirmi masada iştirak ediblər.
Həm rusiyalı siyasi ekspertlər və elm xadimləri, həm də azərbaycanlı mütəxəssislər müharibədən sonra Cənubi Qafqazda sülh quruculuğu ilə bağlı məruzələrlə çıxış ediblər.
Tədbirdən sonra qonaqlar Şuşa qalasını ziyarət ediblər.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…



































.jpg)
.jpg)

