Şəmkirdə şəhid Murad Xəlilovla vida mərasimi keçirilir - (YENİLƏNDİ)
Bizi izləyin

Qarabağ

Şəmkirdə şəhid Murad Xəlilovla vida mərasimi keçirilir - (YENİLƏNDİ)

Dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan Murad Xəlilovla vida mərasimi keçirilir.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, mərasim şəhidin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Çinarlı qəsəbəsində keçirilir.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

11:03

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində Şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.

Publika.az report-a istinadla xəbər verir ki, şəhidlə vida mərasimi 12:00 da rayonun Çinarlı qəsəbəsində vkeçiriləcək.

Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm