Qarabağ
Deqatidən Ağdam PAYLAŞIMI
Dünya şöhrətli fotojurnalist Reza Deqati Ağdamdan çəkdiyi fotoları instaqram səhifəsində paylaşıb.
Publika.az xəbər verir ki, Reza Deqati paylaşımında yazıb: “Çoxsaylı sakini qətlə yetirdikdən, digərlərini heç bir əşya götürmədən ayaqyalın çıxıb getməyə məcbur etdikdən sonra Ermənistan ordusu Ağdamı 1992-ci ildə işğal edib. Onlar evlərini, ofislərini, mağazalarını, mədəniyyət mərkəzlərini, muzeyləri, ibadət yerlərini talan edib, qapıları, pəncərələri, dam örtüklərini, su borularını iranlı işbazlara və Ermənistanda satıblar.
Memar olaraq və dünyada bir çox münaqişə zonalarında qazandığım 40 illik təcrübəmdən irəli gələrək müəyyənləşdirdim ki, bu dağıntılar hərbi proseslərin nəticəsi deyil, məqsədyönlü qarətdir. Çiçəklənən və möhtəşəm Ağdam şəhərinə 1992-ci ilin martında qonşu Xocalı əhalisinin ermənilər tərəfindən törədilmiş qətliamını çəkmək üçün gəlmişdim. 28 il sonra - 2020-ci il noyabrın 21-də - şəhərin işğaldan azad edilməsinin səhəri günü buraya yenidən gəldim. Ruhən qəlbimdə o dəhşətləri hələ də yaşayıram. Ümid edirəm ki, bu, bir daha dünyanın heç bir yerində heç vaxt təkrarlanmayacaq”.
Qeyd edək ki, Ağdam şəhəri və rayonun işğal altındakı hissəsi 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanata əsasən, Azərbaycana qaytarılıb.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO























.png)

.jpg)














