Qarabağ
Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyin qərargahı açıldı - FOTO
Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahı Ağdam rayonunda yerləşir və ən son “ağıllı” texnologiyalar əsasında tikilib.
Publika.az-ın məlumatına görə, Xüsusi Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə 1 hektar sahəni əhatə edən müvəqqəti qərargahın ərazisi “Camp” və “İnzibati ərazi” olaraq ikiyə ayrılıb və inşası əsasən yaşayış, iaşə, inzibati, sağlamlıq, “smart camp” idarəetmə sistemi, alternativ enerji sahələri kimi 6 komponent üzrə icra edilib.
Qərargahda tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla, qısa zaman ərzində, yüksəkkeyfiyyətli modul tipli isti və soyuğa davamlı, 1, 2, 3 və 4 otaqlı, ekoloji fərdi yaşayış evləri və inzibati binaların inşası həyata keçirilib. İnzibati binanın 1-ci mərtəbəsi müasir tələblərə cavab verən ofis sahəsi, gözləmə zalı və 16 nəfərin eyni anda qidalana biləcəyi müasir tipli mətbəx və yeməkxanadan, 2-ci mərtəbəsi isə tam təchizatlı 13 nəfərlik yataq otaqlarından ibarətdir.
Bundan əlavə ərazidə qərargah sahəsinin və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 24 saatlıq mühafizə və müasir kamera müşahidə məntəqəsi, fiziki sağlamlıq üçün açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, təcili tibbi müayinə və müalicə üçün tibb məntəqəsi, müxtəlif tədbir və iclasların keçirilməsi üçün iclas zalı, daxili və xarici avtomobil dayanacaqları tikilib.
Müasir şəhərsalma standartlarının tətbiq olunması ilə inşa olunan qərargah sahəsindəki binaların bütün daxili mühəndis kommunikasiya, isitmə sistemlərinin ağıllı texnologiyalar əsasında qurulması ilə yanaşı alternativ enerji mənbələri ilə təmin edilməsi, daxili və xarici yolların “ağıllı” işıqlandırılması, məişət tullantılarının idarə olunması, günəş panellərindən və bioqaz enerjisindən istifadə olunması kimi amillər də tikinti konsepsiyasına daxil edilib.
Bunlardan əlavə qərargahın landşaft dizaynına uyğun olaraq, ərazinin yaşıllaşdırılması zamanı flora və iqlim mühitini də diqqətə alaraq əraziyə uyğun bitki və ağaclara üstünlük verilib. Düşərgənin yaşıllaşdırılma konsepsiyasında ərazidəki mövcud bitki və ağacların da qorunub saxlanılması ilə yanaşı, ilin hər fəslinə uyğun 30-dan çox adda əlavə ağac və bitki kolları da əkilərək, ümumilikdə 3300 kvadratmetr ərazidə yaşıllıq sahəsi salınıb. Burada yaşıllıqların suvarılması üçün müasir sistemlərə uyğun olaraq 3 500 metr sahədə avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri tətbiq edilib.
Qərargahın avtomobil yollarına və dayanacaqlarına asfalt örtüyü çəkilib, daxili piyada yolları isə müasir görünüşlü, ən son texnologiyalarla preslənmiş tamet daşları ilə döşənib.
İnzibati ərazinin tam mərkəzində hündürlüyü 9 metr olmaqla üç dirəkdən ibarət müasir görünüşlü Bayraq Meydanı tikilib və ətrafı abadlaşdırılaraq ən son texnologiyalarla işıqlandırılıb.
Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahı artıq istifadəyə verilib.
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO