Qarabağ
Qarabağ erməniləri Ermənistana hansı yolla gedəcək?
Qarabağ ermənilərini Ermənistanla birləşdirəcək yeni dəhlizin marşrutu sentyabrın ilk həftəsində istifadəyə veriləcək.
Publika.az Haqqın.az-a istinadən xəbər verir ki, bu barədə özünü qondarma “Xankəndi rejiminin” “ərazi idarəetmə və infrastruktur naziri” adlandıran Hayk Xanumyan erməni mətbuatına bildirib.
Onun sözlərinə görə, hələlik Xankəndi-Laçın-Gorus yolu fəaliyyətdə olacaq: “Alternativ marşrut yeni cənub dəhlizi üzrə fəaliyyət göstərəcək. Yeni yolda hərəkət yalnız Rusiya sülhməramlılarının bütün nəzarət-buraxılış məntəqələri yerləşdirildikdən sonra başlayacaq”.
“Ehtimal olunur ki, yeni yolda hərəkət sentyabrın ilk həftəsində təşkil olunacaq. Yeni magistralın müvəqqəti hissəsi uzun illər işğaldan sonra nəhayət Azərbaycana qaytarılan Laçın, Zabux və Susdan yan keçərək Zabux-Tuğ yoluna birləşir”, - Xanumyan deyib.
Xatırladaq ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin bu əraziləri tərk etmələri üçün avqustun sonu-sentyabrın əvvəlinədək vaxt verilib.
-
Yaxın Şərq01:41SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi
-
Mətbəx01:11Sobada ətli kartof kolbasası resepti
-
Qoroskop01:00Həftə sonunun ən şanslı 3 bürcü
-
Magazin200:30Çağatay evlənir? - Sevgilisi danışdı
-
Səhiyyə21 Noyabr 23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region21 Noyabr 23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama
-
Sosial21 Noyabr 22:12Gənc hüquqşünas vəfat etdi
-
Magazin121 Noyabr 21:12Natavan bu fotoları evində çəkdirir - VİDEO







































