Qarabağ
Separatçıların helikopter hiyləsi: Qarabağda şok planın qarşısı alındı
Qarabağda erməni xəstənin Gorusa aparılması üçün Laçın-Xankəndi yolundan keçid açılıb.
Publika.az xəbər verir ki, Xankəndi yolunda keçirilən aksiya iştirakçıları humanitar məsələlərin həlli üçün daim keçid yaradır. İstər xəstənin aparılması, istər sülhməramlıların ailələrinin keçidi və digər məsələrin həllində heç bir maneə yoxdur.
Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejim isə Xankəndindəki xəstənin Gorusa quru yolla aparılmasından narazıdır. Onlar çox istəyərdilər ki, yoldan keçid verilməsin və bundan “humanitar fəlakət” nağılları üçün istifadə etsinlər. Lakin iddia etdiklərinin tam əksinə münasibətin sərgilənməsi bu planlarını alt-üst edib. Digər tərəfdən, xəstənin helikopterlə daşınmasını istəyiblər. Bununla bağlı sülhməramlılara müraciət edilsə də, mənfi cavab verilib və Laçın yolundan keçid üçün şərait yaradılıb. Ermənilərin bundan narazı qalması səbəbsiz deyil.
Xankəndi yolunda aksiya başladıqdan bir neçə gün sonra separatçıların təzə “başı” Ruben Vardanyan bildirdi ki, onlara hava limanı lazımdır və helikopterdən istifadəyə imkan verilməlidir. Əslində bu, Azərbaycanın hava məkanından separatçı uçuşların həyata keçirilməsi və terrorçu rejimin “nəfəsliyinin” yaranmasına hesablanmış plandır. Erməni xəstənin helikopterlə daşınması bunun başlanğıcı ola bilərdi. Göründüyü kimi, buna icazə verilməyib və sülhməramlıların mənfi cavab verməsinin səbəbi də Azərbaycanın bununla bağlı mövqeyidir.
Bu bir daha sübut edir ki, Qarabağdakı separatçılar və Ermənistan hökumətinin dərdi erməni əhalisinin problemləri yox, mülki əhalidən öz siyasi məqsədlərinə naminə istifadə etməkdir.
Asif
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 27 Noyabr 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
















.jpg)




















