Qarabağ
Xankəndidə “hakimiyyət davası” qızışır – Bakı müdaxilə edə bilər
Xankəndidə hələ də qalan separatçı-terrorçu rejimin daxilində qarşıdurma kəskinləşir.
Publika.az xəbər verir ki, Ruben Vardanyanla Araik Arutyunyan arasında fikir ayrılığı var.
R.Vardanyan qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı da uzaqlaşdırmaq niyyətindədir.
Vardanyanın Qarabağa gəlişindən sonra “hakimiyyəti” ələ almaq niyyəti aydın görünürdü. Rusiyanın göndərdiyi, Qərbdəki erməni diasporu/lobbisinin dəstəklədiyi Rubenin qondarma “dövlət naziri” təyin edilməsi də Ermənistan hakimiyyətinin istəyinə uyğun olmayıb. Məlumatlara görə, A.Arutyunyan R.Vardanyanı təzyiqlərə görə “dövlət naziri” edib.
“Hraparak” qəzeti yazır ki, Vardanyanın qondarma “dövlət naziri” olmasından sonra Araik Arutyunyanın danışmaması Qarabağda “hakimiyyət” dəyişikliyinin başlandığını göstərir.
“Belə görünür ki, Paşinyandan imtina edə bilməyən Arutyunyanı, imtina etməyi bacaran Vardanyan əvəzləyəcək”, - nəşr yazır.
Nəşr onu da qeyd edir ki, Vardanyan özünün yeni dəstəsini formalaşdırır: “Məlumatlara görə, Vitali Balasanyan da bu dəstədə deyil. Əgər əvvəllər Balasanyan danışıqlarda əsas şəxs idisə, indi arxa plana keçib, hətta bazar günü keçirilən mitinqə belə qatılmayıb”.
Məlumata görə, Vardanyan şərt qoyub: “ya mən, ya da Balasanyan”.
“Vitalinin vəzifəsindən gedəcəyi istisna edilmir. Hətta onu Levon Mnatsakanyanın əvəz edəcəyi deyilir”, - nəşr yazır.
Separatçı-terrorçu rejimin keçmiş “rəhbəri” Bako Saakyan da Ruben Vardanyana dəstək verir.
Proseslər göstərir ki, Xankəndində “hakimiyyət davası” getdikcə daha da kəskinləşəcək. Bu qarşıdurmadan əziyyət çəkən əsas təbəqə erməni əhalisinin olacağı da aydın görünür. Belə vəziyyətdə rəsmi Bakı erməni əhalisinin hüquq və təhlükəsizliyini qorumaq məqsədilə Xankəndindəki proseslərə müdaxilə edə bilər.
Asif
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)




















